loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Azərbaycanda 80 min uşaq məktəbə getmir...

«Exo» qəzetində «Azərbaycanda təhsil sistemindən kənar uşaqlar» sərlövhəli məqalə dərc olunub.Müəllif yazır ki, ölkədə təhsilin səviyyəsi heç də ürəkaçan vəziyyətdə deyil: «Təəssüf ki, bu gün Azərbaycanda vətəndaşların çoxunun əsas məqsədi gündəlik çörək qazanmağa yönəlib və yaşamaq uğrunda mübarizə məktəb təhsilinin belə lazımsız edib».
Ekspert Yusif Bəkirov qəzetə bildirib ki, ölkədə nə qədər uşağın təhsildən yayınması ilə bağlı dəqiq statistika yoxdur. Amma müşahidələr göstərir ki, bu say az deyil. Ekspertin deməsinə görə, bu problem regionlarda xüsusilə kəskin hiss edilir: «Azərbaycanda şagirdlərin dərslərə davamiyyət prosesinə nəzarət yoxdur. Mən maddi çətinliklər yaşayan və buna görə də uşağını məktəbə apara bilməyən valideynləri qınamıram».
Y.Bəkirovun fikrincə, məktəblərdə daimi pul yığılması, proqramın yetərli olmaması valideynləri fənlər üzrə repetitorlar tutmağa vadar edib. Bu halda aztəminatlı ailələr uşaqlarına keyfiyyətli təhsil vermək imkanını qaçırmış olurlar.
Digər ekspert Nabil Seyidov da deyib ki, bəzi yoxsul ailələrdə uşaqları məktəbə göndərə bilmirlər. Uşaqlarını məktəbə göndərən yoxsullar da repetitorlar tutmurlar.
N.Seyidov da vurğulayıb ki, xüsusilə əyalətlərdə məktəbdən yayınma halları geniş yayılıb.
N.Seyidov məktəbə getməyən daha bir qrup kimi «küçə uşaqları»nı göstərir: «Onların sayı təqribən 2-5 min nəfər arasındadır. Təhsil ala bilməyən daha bir qrup isə əlilliyi olan uşaqlardır. Bu kateqoriyaya aid 63 min uşaqdan 10 min nəfəri təhsil ala bilmir. Bir sözlə ümumiləşdirmə aparsaq, təqribən 70-80 min nəfər uşağın təhsil sistemindən kənarda qaldığını söyləyə bilərik».
Bölmə: Analitika | 04 yanvar 2017 15:02 | Baxış sayı: 202





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: