BolgeXeber.Com » Siyasət » Nigar Yaqublunun məhkəməsinin vaxtı bilindi

Nigar Yaqublunun məhkəməsinin vaxtı bilindi

14-09-2012, 13:55
Oxunub: 4 677 Müsavat Partiyasının üzvü Nigar Yaqublu barəsində həbs qətimkan tədbirinin seçilməsindən verilmiş şikayətə sentyabrın 14-də yox, ayın 17-də baxılacaq.


Bunu “Media forum” saytına vəkil Nemət Kərimli deyib.

O bildirib ki, şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Rasim İsgəndərovun sədrliyi ilə baxılacaq. Proses saat 11-ə təyin edilib.

Nigar Yaqublunun müdafiəçiləri bundan əvvəl “Media forum”a demişdilər ki, apellyasiya şikayətinə sentyabrın 14-də baxılacaq. Bunun yanlış olduğu bilinəndən sonra sayt əvvəlki iki xəbərinə düzəliş edib.

Nigar Yaqublu sentyabrın 11-də tutulub. Abşeron Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi “KAMAZ” markalı avtomaşınla toqquşub. Sentyabrın 11-də Daxili İşlər Nazirliyi Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini açıqlayıb.