BolgeXeber.Com » Xəbərlər » DİN 4 il əvvəl Lənkəranda baş verən qətllə bağlı məlumat yaydı

DİN 4 il əvvəl Lənkəranda baş verən qətllə bağlı məlumat yaydı

4-01-2017, 18:14
Oxunub: 2 369 DİN 4 il əvvəl Lənkəranda baş verən qətllə bağlı məlumat yaydıDaxili İşlər Nazirliyi (DİN) 2012-ci ildən itkin düşmüş Lənkəran rayon sakini Təranə Ağayevanın qardaşı Fuad Ağayev tərəfindən döyülərək qətlə yetirilməsi haqqında məlumat yayıb

Bolgexeber.com DİN-in rəsmi saytına istinadən xəbər verir ki, 2012-ci iyun ayının 17-də Lənkəran rayon sakini T.Ağayeva yaşadığı Nərimanabad qəsəbəsindəki evdən çıxıb və geri qayıtmayıb.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında T.Ağayevanın həmin gün qəsəbə ərazisində qardaşı Fuad tərəfindən daşla döyülərək qətlə yetirilməsi və cəsədinin evinin yaxınlığında basdırılması müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayev tutulub. O, hadisəni törətdiyini etiraf edib.
T.Ağayevanın cəsədinin qalıqlarının eksqumasiya edilməsi üçün tədbirlər görülür.