XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Daha bir güləşçimiz dopinqdə ilişdi

Daha bir güləşçimiz dopinqdə ilişdiAzərbaycan idmanında növbəti dopinq qalmaqalı yaşanıb

Apasport.az saytının məlumatına görə, bu dəfə güləşçimiz Zubair Dibirovun qanında istifadəsi qadağan olunan dərman preparatı aşkarlanıb.

Milliləşdirilən legionerin yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən dünya çempionatındakı testi müsbət nəticə verib. Fransanın Makon şəhərindəki yarış zamanı onun orqanizmində stanozolol metabolites maddəsi aşkarlanıb. Bu səbəbdən də 74 kq çəki dərəcəsində qüvvəsini sınayan Dibirov Dünya Güləş Birliyinin qərarı ilə 4 il müddətinə cəzalanıb. Diskvalifikasiya 2016-cı il oktyabrın 5-dən qüvvəyə minib. O, 2020-ci ilin oktyabrın 4-ə kimi heç bir yarışda çıxış edə bilməyəcək.

Bundan bir qədər öncə digər güləşçimiz Vitali Rəhimovdan Pekin-2008-də götürülən analiz müsbət nəticə vermişdi və təmsilçimiz Olimpiya “gümüş”ündən məhrum edilmişdi.

Qeyd edək ki, Dibirov dünya birinciliyində 1/4 finalda mübarizəni dayandırmışdı.
Bölmə: İdman | 05 yanvar 2017 09:42 | Baxış sayı: 92





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: