XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Vanqadan 2017-ci ildən sonrası üçün - Proqnozlar

Vanqadan 2017-ci ildən sonrası üçün - ProqnozlarMəşhur kahin Vanqa, eynilə Nostradamus kimi bir çox öncəgörməsi reallaşmış biridir. 2017 sonrası üçün etdiyi təxminlər, xəyal gücü sərhədlərini alt-üst edir!

Əsl adı Vangelina Pandema olan “Baba Vanqa” yəni “Vanga Nine” adı ilə bilinən bu qadın, eynilə orta əsrlərin böyük kahini Nostradamus kimi bir çox həqiqi təxminlər irəli sürmüşdü. Osmanlı İmperatorluğunun Makedoniya bölgəsində Sutrimitsa kəndində,1911-ci ildə dünyaya gələn Vanqa bir çox insanı heyrətə gətirdi. 16 yaşında bir qasırğada ildırım çarpdıqdan sonra görmək bacarığını itirən Vanga, bu gündən sonra gələcəyi görməyə başladığını kəşf etdi. Adolf Hitler belə 1941-ci ildə bu qəribə qadın kahinin köməyindən istifadə edib. Rus gizli kəşfiyyatından Bolqarıstan Prezidenti Todor Jivkov-a qədər bir çox dövlət adamı, gələcəkdə olanları öyrənmək üçün onun ilə görüşmüşlər. 1996-cı ildə həyata gözlərini yuman Vanqa, bizlərə gələcəkdə reallaşmaq ehtimalı olan bir çox kəhanət buraxdı.

Bolgexeber.com technote-ya istinadən həmin proqnozlardan bəzilərini təqdim edir:

2018–Çin dünyanın əsas dövləti olacaq.
2025– Avropada az sayda da olsa, insan yaşayacaq.
2028– Yerin yeni enerji qaynağı olacaq. Böyük ehtimalla bu, termonüvə reaksiyalarının nəzarət altına alınmasıyla əldə ediləcək. Aclıq artıq problem olmayacaq. Veneraya pilotlarla kosmik gəmilərin uçuşu başlayacaq.
2033– Qütb buzları əriyəcək, dünya okeanının səviyyəsi yüksələcək.
2043– Müsəlman bir dövlət yenidən Avropanın yeganə hökmdarı olacaq.
2046– Süni insan orqanları yaradılacaq.
2066– Müsəlmanların əlində olan Romaya hücum zamanı ABŞ iqlim dəyişikliyinə gətirib çıxaran yeni silahdan istifadə edəcək. Bu, ani donma yaradacaq.
2076– İnsanlar arasında təbəqələşmə aradan qalxacaq. Bütün dünyada kommunizm hakim olacaq.
2084– Təbiət yenidən yaranacaq.
2088– Yeni xəstəlik yayılacaq, insanlar bir neçə saniyə içərisində yaşlanacaqlar.
2091– Xəstəliyin müalicəsi tapılacaq.
2100– İnsanın yaratdığı süni günəş Yer kürəsinin qaranlıq tərəfini də işıqlandırmağa başlayacaq.
2125- Macarıstanda kosmosdan siqnal alınacaq və insanlar təkrar Vanqanı xatırlayacaqlar.
2130– Yadplanetlilərin tövsiyəsilə su altında yaşayış koloniyaları salınacaq.
2154– Heyvanlar yarı insana çevriləcəklər.
2167– Yeni bir din ortaya çıxacaq.
2170– Yer kürəsində böyük quraqlıq və qıtlıq başlayacaq.
2183– Marsdakı nüvə koloniyasında xalq formalaşacaq və Yer kürəsindən müstəqillik istəyəcək.
2201– Günəşdəki termonüvə reaksiyaları zəifləyəcək.
2256– Kosmik səfərlər Yer kürəsinə yeni xəstəliklər gətirəcək.
2262– Planetlərin təbiəti ardıcıl dəyişməyə başlayacaq. Mars bir ulduzla toqquşmaq təhlükəsilə üzləşəcək.
2288– Zaman yolçuluğu başlayacaq, yad planetlilərlə yeni təmaslar olacaq.
2299– Fransada islama qarşı üsyan başlayacaq.
2480– İnsanın süni yaratdığı iki günəş toqquşacaq. Dünya yenidən qaranlıqda qalacaq.
3005– Marsda savaş başlayacaq.
3797– Yer kürəsindəki bütün canlı həyat məhv olacaq. İnsanlar Günəş sistemində yeni yaşayış yerləri axtarmağa başlayacaqlar.
Bölmə: Dünya | 05 yanvar 2017 09:49 | Baxış sayı: 79





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: