BolgeXeber.Com » Xəbərlər » Adil Vəliyev qanunsuzluqla bacarmır? - ŞİKAYƏT

Adil Vəliyev qanunsuzluqla bacarmır? - ŞİKAYƏT

5-01-2017, 09:57
Oxunub: 3 445 Adil Vəliyev qanunsuzluqla bacarmır? - ŞİKAYƏTBakının Sabunçu rayon İcra Hakimiyyəti (RİH) abadlıq-quruculuq işləri ilə əlaqədar Bakıxanov qəsəbəsindəki binaların həyətində qanunsuz və özbaşına zəbt edilmiş tikintiləri, baxçaları sökdürür

Amma Bakıxanovun Ruhulla Axundov küçəsində yerləşən 15-ci binanın həyətində yalnız bir baxça indiyə qədər olduğu kimi saxlanıb.

Həmin baxça qanunsuz inşa edilib və sahibi ayrı binada yaşasa da, özünə bu ünvanda kef-damaq məclisi qurmaq üçün şərait yaradıb.

Bu barədə sözügedən binada yaşayan 30 sakin yazılı müraciətində bildirib. Onlar məsələ ilə bağlı Sabunçu rayon icra başçısı Adil Vəliyevə rəsmi şəkildə müraciət edib.

Məktubda deyilir ki, SOCAR-ın tabeliyində fəaliyyət göstərən "Azəriqaz” İstehsalat Birliyinin Bəhram adlı işçisinə aid olan baxça indiyə qədər sökülməyib.

Bu da binada yaşayan sakinlər tərəfindən narazılıqla qarşılanıb. Onların sözlərinə görə, Sabunçu RİH-nə ünvanlanan məktub icra başçısının müavini Gülağa müəllimə yönəldilib, ancaq bu günədək heç bir reaksiya verilməyib.

Sakinlər bildirirlər ki, SOCAR əməkdaşı olan Bəhram adlı şəxs özüün yaşamadığı binanın həyətində baxça salıb, indi də tikinti işləri davam edir və rayon icra hakimiyyəti tərəfindən ona "dur” deyən tapılmır.

"Onun baxçası qanunsuzdur və buna hələ də göz yumulur. Bu günlərdə kadastrda KL-262 nömrəsi ilə qeydiyyatını rəsmiləşdirib. Öz vəzifəsindən və əlaqələrindən sui-istifadə edərək yaşadığımız binanın həyətində baxça salıb.

Bizim baxçalar isə sökülüb və o zaman abadlıq işləri ilə əlaqədar olduğu üçün heç kim etiraz etmədi. Amma Bəhram yaşamadığı binanın həyətində baxçasını restorana çevirib.

Bu məhlədən ailə-uşaq keçir, həyətində yaşlı adamlar oturur. Gah manqal qoyub kabab çəkirlər, gah içki içirlər, səsləri də göyə qalxır. Hər həftəsonu bu baxça onların oylağına çevrilir.

Kimsə aztəminatlı, kasıb ailədir, onun körpəsinin burnuna kababın iyi gələndə Allaha da xoş getməz. Özü də bu bina icra hakimiyyətinə çox yaxındır. Niyə bizim baxçaları söküb, bunu görməzdən gəliblər aydın deyil”,-deyə sakinlər bildiriblər.

Onlar Prezident Administrasiyasına da müraciət etməyə hazırlaşır: "Adil müəllimə də müraciət etmişik. İnanmırıq ki, onun bundan xəbəri ola və göz yuma.
Çox güman ki, Bəhram hansısa JEK müdirinə ya hansısa səlahiyyətli icra nümayəndəsinə "hörmət” etməklə baxçasının sökülməsini saxladıb. İndi də burda tikinti gedir.

Biz Adil müəllimdən xahiş edirik ki, məsələyə müdaxilə olunsun. Hazırda 13 və 15-ci binaların qabağında aparılan abadlıq işləri zamanı bu kobud səhvlərə yol verilir. Bu ən çox körpələri və qocaları narahat etdiyi üçün biz müraciət ünvanlamalı olduq.

Bəhram adlı şəxs kimlərlə əlbir olub bilmirik, faktiki olaraq bütün qanunsuz tikintilər sökülüb, bir onunku saxlanıb. Hörmətli Adil müəllimin bu işi müsbət həll edəcəyinə inanırıq”.
Adil Vəliyev qanunsuzluqla bacarmır? - ŞİKAYƏT
Adil Vəliyev qanunsuzluqla bacarmır? - ŞİKAYƏT
Adil Vəliyev qanunsuzluqla bacarmır? - ŞİKAYƏT