BolgeXeber.Com » Dünya » Türkmənistanda məmurlara mağazalarda növbəyə durmaq qadağan olundu

Türkmənistanda məmurlara mağazalarda növbəyə durmaq qadağan olundu

5-01-2017, 10:04
Oxunub: 3 475 Türkmənistanda məmurlara mağazalarda növbəyə durmaq qadağan olunduYaxın dövrlərə qədər əhaliyə bəzi xidmətləri və əsas istehlak mallarını pulsuz olaraq təqdim edən ölkədə hazırda ən tapılmayan məhsullar siqaret, qənd, yağ, yumurta və toyuq budlarıdır

Ağır iqtisadi böhran vəziyyətinə düşmüş Türkmənistanda hökumət məmurlara ciddi tapşırıq verib ki, ölkənin “çiçəklənməsi”ni imitasiya etsinlər. Məsələn, hər hansı mağazada çətin tapılan məhsula görə növbədə durmaq olmaz. Buna görə məmurları işdən azad olunmağa qədər cəzalandıra bilərlər.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, son günlər ABŞ dollarının “qara bazar”dakı məzənnəsi xeyli yüksəlib. Əgər oktyabr ayında 1 dolları 4,60 Türkmənistan manatına almaq mümkün idisə, indi qiymət az qala 10 manata çatır.

Yaxın dövrlərə qədər əhaliyə bəzi xidmətləri və əsas istehlak mallarını pulsuz olaraq təqdim edən ölkədə hazırda ən tapılmayan məhsullar siqaret, qənd, yağ, yumurta və toyuq budlarıdır.

Valyuta satışı talonla həyata keçirilir. Məsələn, əgər sizə Türkmənistanda valyuta lazımdırsa, hakimiyyət orqanlarının verdiyi kağız parçasında hansı bankın hansı filialına nə vaxt getməyin lazım olduğu göstərilir. Başqa heç cür dollar, yaxud avro ala bilməzsiniz. Əlbəttə ki, “qara bazar”ın yolunu bilmirsinizsə.

Başqa bir eybəcərlik isə mağazalarda yaşanır. Misal üçün, əgər malın üzərində 5 manat yazılıbsa, kassada sizdən asanlıqla həmin mala görə 8 manat ödəniş tələb edə bilərlər. Səbəb kimi isə satıcılar tezliklə komissiyanın gələcəyini və qiyməti daha ucuz göstərməyə məcbur olduqlarını deyirlər.