BolgeXeber.Com » Xəbərlər » İcra hakimiyyəti nəzir pullarının şəhid ailələrinə verildiyini TƏSDİQLƏDİ: - “Siyahı var”

İcra hakimiyyəti nəzir pullarının şəhid ailələrinə verildiyini TƏSDİQLƏDİ: - “Siyahı var”

5-01-2017, 14:05
Oxunub: 1 808 İcra hakimiyyəti nəzir pullarının şəhid ailələrinə verildiyini TƏSDİQLƏDİ: - “Siyahı var”Məscidlərdə, pirlərdə, ziyarətgahlarda qoyulan nəzir qutularına münasibət birmənalı deyil. Xüsusilə, nəzir qutularından toplanan pulların sonrakı aqibəti çox vaxt müəmmalı qalır

Dünənə kimi, ölkədə məcburi köçkün, şəhid ailələri varkən, nəzir qutularından yığılan pulların bir qisminin hələ də kimlərinsə cibinə getdiyi söylənilirdi.

Lakin “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bir müddət öncə, Modern. az-a açıqlamasında nəzir qutularından yığılan pulların xərcləndiyi konkret ünvanların adını açıqlayıb. Xocalıdan olan məcburi köçkünlər və şəhid ailələrinə QMİ tərəfindən aylıq yardım göstərildiyini deyib.

Modern.az saytı mövzunu davam etdirib.

Xocalının deputatı Elman Məmmədov məsələdən xəbərsiz olduğunu deyib.

“QMİ tərəfindən məcburi köçkünlərə, şəhid ailələrinə aylıq vəsait verildiyi barədə heç bir məlumatım yoxdur. Çöldən-çölə səhv danışa bilmərəm”.

Xocalı rayon icra başçısının müavini Vaqif Əliyev isə nəzir qutularından yığılan pullarının məcburi köçkünlərə ödənildiyini bildirib.

“Qafqaz Müsəlmanları İdarəsi qeyri-hökumət təşkilatıdır. QMİ-nin məcburi köçkün ailələrinə aylıq yardım etdiyi icra nümayəndəsi olaraq bizə bəllidir. Məcburi köçkünlərin siyahısını onlara vermişik. Düzü, nə qədər haqq-hesab ödədiklərini deyə bilmərəm. Amma hər ay imkansız məcburi köçkün ailələrinə QMİ tərəfindən yardım ödənilir”.

Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı, deputat Flora Qasımova da QMİ tərəfindən şəhid ailələrinə verilən aylıq yardımdan xəbərsiz olduğunu deyib.

“Düzü, ətrafımda olan şəhid ailələrindən eşitməmişəm ki, QMİ onlara aylıq pul ödəsin. Belə halla qarşılaşmamışam”.