loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

"Cinema Plus"da insanları tirlə "ovlayırlar" - FOTO

"Cinema Plus"da insanları tirlə "ovlayırlar" - FOTO"Cinema Plus" insanların təhlükəsizliyinə biganə yanaşır, təhlükəsizlik tədbirlərinə əməl etmir

Belə ki, "28 Mall" ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşən "Cinema Plus"a aid tir atışları üçün nəzərdə tutulmuş bölmə insanları sözün əsl mənasında güllə qabağına qoyur.

Şikayət edən Hüsniyyə xanım bildirir ki, ötən gün həmin ərazidən keçərkən tir divara dəydikdən sonra onun gözünün altına dəyib. Bundan sonra xanım tir atışına nəzarət edən şəxsə yaxınlaşaraq şikayətini bildirib:

"Danışıq əsnasında tir güllərindən biri yanımızdan sürətlə keçdi. Həmin şəxs mənə bildirdi ki, güllədən özünü qorumalısan. Məsələ ilə bağlı "28 Mall" ticarət mərkəzinin mühafizəçilərinə iradımı bildirdim. Onlar mənim haqlı olduğumu və 5-ci mərtəbədə menecerə müraciət etməyimi söylədilər".
"Cinema Plus"da insanları tirlə "ovlayırlar" - FOTO
5-ci mərtəbədə menecerə yaxınlaşan xanım ona qarşı laqeyd yanaşıldığını bildirib: "Menecerə yaxınlaşım və bildirdim ki, həmin ərazidən keçərkən tir gözümün altına dəydi. Menecerin cavabı isə belə oldu ki, hanı güllə yeri, heç qızarmayıb, yalan danışırsan. Menecer tirin divara dəydikdən sonra parçalandığını bildirsə də, onun mənə dəyməsini qəbul etmədi".

Hüsniyyə xanımın şikayəti ilə bağlı "28 Mall" ticarət mərkəzi ilə əlaqə saxladıq. Onu da deyək ki, Hüsniyyə xanım bu halla rastlaşan ilk və tək insan deyil və bununla bağlı çox sayda şikayətlər var. Ticarət mərkəzindən bildirildi ki, həmin ərazi "Cinema Plus"a aid olduğundan cavabdehliyi onlar daşıyır.

Qaynarinfo.Az-ın əməkdaşı "28 Mall" ticarət mərkəzində fəaliyyət göstərən “CinemaPlus” kinoteatrı ilə əlaqə saxlayıb. Adıçəkilən kinoteatrın meneceri Araz Əhmədov bildirdi ki, bütün təhlükəsizlik tədbirləri görülüb. Baş vermiş hadisə ilə bağlı yenidən təhlükəsizlik işlərinə baxılacaq və problem aradan qaldırılacaq.
Bölmə: Ölkə | 06 yanvar 2017 09:45 | Baxış sayı: 83





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: