XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Oğru dünyasının marşalları - Video

 Oğru dünyasının marşalları - VideoDed Xasan ləqəbi ilə tanınan Aslan Usoyan Rusiyanın kriminal aləminin ən nüfuzlu qanuni oğrularından biri idi

Milliyyətcə yezidi kürd olan Ded Xasanın azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin (Canıyev) tapşırığı ilə qətlə yetirildiyi ehtimal olunur. Ded Xasanın kriminal aləmdəki hörməti elə bir yüksəklikdə idi ki, ona heç kim heç nədə “yox” deyə bilməzdi.

Axar.az xəbər verir ki, "TV Çentr"in hazırladığı "Qanuni oğrular" ("Vorı v zakone") proqramının ilk buraxılışı Ded Xasanın şəxsi operatorunun lentə aldığı istirahət videosu ilə start götürür.

“Oğru”lara həsr olunan bu buraxılışda Yaponçik ləqəbi ilə tanınan Vyaçeslav İvankova da yer verilib. O, həbsdən çıxdıqdan sonra bir dostunun evinə qonaq gedir. Video-lentdə dostu Yaponçikə asta səslə “daha belə işlərlə məşğul olma” deyir.

Yaponçik 90-cı illərin əvvəllərində Amerikada rus mafiyasının lideri olub. O, ABŞ-da "Çara" bankının rəhbərliyindən haqq aldığına görə həbs edilib və həyatının 9 ilini Amerikanın Allenvud cəzaçəkmə müəssisəsində keçirib. 2004-cü ildə Rusiyaya ekstradisiya olunan Yaponçikə bəraət verilib və o azadlığa buraxılıb.

Dörd il sonra avtoritet “Tayski slon” restoranından çıxarkən snayperlə qətlə yetirilib. Mütəxəssislərin fikrincə, onun qətlinə səbəb ABŞ-dan gəldikdən sonra Rusiya ərazisində hakimiyyətini bərpa etmək istəyi idi. Halbuki Rusiya artıq müəyyən “oğru”ların hakimiyyəti arasında bölüşdürülmüşdü.

Bu videoda klanlar arasında gedən mübarizə, Rusiyadakı “qanuni oğrular" haqda ətraflı məlumat əldə edə bilərsiniz:

Bölmə: Video | 05 yanvar 2017 17:44 | Baxış sayı: 95





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: