BolgeXeber.Com » Xəbərlər » İzmirdə partlayış nəticəsində 2 nəfər şəhid olub, 10 yaralı var - YENİLƏNİB

İzmirdə partlayış nəticəsində 2 nəfər şəhid olub, 10 yaralı var - YENİLƏNİB

5-01-2017, 20:18
Oxunub: 1 999 İzmirdə partlayış nəticəsində 2 nəfər şəhid olub, 10 yaralı var - YENİLƏNİBTürkiyənin İzmir şəhərində Ədliyyə Nazirliyiinin yerli idarəsinin binası yaxınlığında törədilmiş partlayış nəticəsində 2 nəfər şəhid olub, 10 yaralı var

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, həlak olanlardan biri polis əməkdaşı, digəri isə ədliyyə işçidir.
Məlumata görə, partlayışı törədən terrorçulardan ikisi məhv edilib, digəri axtarılır.
*** 18:02
Türkiyənin İzmir şəhərində Ədliyyə Nazirliyiinin yerli idarəsinin binası yaxınlığında partlayışı törədən terrorçulardan ikisi məhv edilib, digəri axtarılır.
10 nəfər yaralı var. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
*** 17:41
Bomba yüklənmiş avtomobillə hücumdan sonra iki terrorçu ilə polis əməkdaşları arasında atışma olub.
Terrorçulardan biri məhv edilib.
İlkin məlumata görə, 3 nəfər yaralanıb.
*** 17:36
İzmirdə Ədliyyə Nazirliyiinin yerli idarəsinin binası yaxınlığında partlayış bomba yüklənmiş avtomobil vasitəsilə törədilib.
Məlumatı "Doğan" agentliyi yayıb.
Agentliyin xəbərinə görə, hadisə yerində bir terrorçunun meyiti var.
*** 17:28
Türkiyənin İzmir şəhərində Ədliyyə Nazirliyiinin yerli idarəsinin binası yaxınlığında partlayış olub.
Partlayışın səbəbi hələlik məlum deyil.
Hələlik hadisə ilə bağlı ətraflı məlumat yayılmayıb.
Şahidlərin sözlərinə görə, binanın qarşısında dayanan bir avtomobil yanır. Yaralıların olduğu bildirilib.
Partlayış olan yerə polis qüvvələri, təcili tibbi yardım maşınları və yanğınsöndürən birqadalar cəlb edilib.