SOCAR-ın platformasında meydançanın bir hissəsi çökdü
5-01-2017, 21:02
Oxunub: 2 492
Dünən axşam saatlarında SOCAR-ın N.Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) "Ələt" yatağındakı 41 saylı platformasında meydançanın dizel yanacağı tutumunun altındakı hissə çöküb
SOCAR-dan verilən məlumata görə, görülən tədbirlər nəticəsində müvəqqəti tutum qoyulub ki, yatağın elektrik enerjisi ilə təchiz olunması tam olaraq təchiz edilsin.
Məlumata görə, bu gün səhər saatlarından SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunun əməkdaşları hadisə yerinə cəlb olunublar: "Artıq tutum öz yerinə qoyulub".
Dövlət şirkətindən bildirilib ki, hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Bununla yanaşı, sütun germetik bağlı olduğundan dənizə heç bir dağıntı olmayıb.
Qeyd edək ki, bu platforma bütün "Ələt" yatağını işıqlandıran platformadır. Platformada dizel yanacağı tutumları mövcuddur. Həmçinin platformada dizel yanacağı ilə işləyən elektrik generatorları var. Platforma başqa özülləri kabel vasitəsilə işıqlandırır və "Ələt" yatağının enerji sistemi buradan qidalanır.(APA)
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər