BolgeXeber.Com » Xəbərlər » Gəncə Dövlət Universitetində plagiat sindromu - İDDİA

Gəncə Dövlət Universitetində plagiat sindromu - İDDİA

6-01-2017, 09:18
Oxunub: 5 989 Gəncə Dövlət Universitetində plagiat sindromu - İDDİASon vaxtlar Gəncə Dövlət Universitetində baş verən müxtəlif neqativ hallarla bağlı araşdırmalarımızın nəticəsi göstərir ki, bu təhsil ocağında plagiatlıqla elmi titul mənimsəyənlərin sayı xeyli artıb

Elmi titula sahib olmağın arxasında isə yalnız bir məqsəd - dövlət büdcəsindən hansı yolla olur-olsun, vəsait qoparmaq istəyi durur. Bu dəfəki araşdırmamız zamanı GDU-nun Bədən Tərbiyəsi və idman kafedrasının müdiri Ağayev İlham Mansır oğlu və Pedaqoji fakültənin tədris işləri üzrə dekan müavini Haqverdiyev İlqar Arif oğlunun birgə həmmüəllifliyi ilə ərsəyə gələn

" Fiziki tərbiyə dərslərinin təşkili və keçirilməsi metodikası" dərsliyi diqqətimizi çəkdi . Sözügedən dərs vəsaitinin orijinal variantını - "Fiziki tərbiyənin nəzəri-metodik və praktik işlərinin əsasları"nı yazıb ərsəyə gətirən Azərbaycan Pedaqoji Universitetin dosenti, Pedaqoji elmlər namizədi, Azərbaycan Respublikasının " Fəxri bədən tərbiyəsi və idman işçisi", SSRİ idman ustası Baloğlan Quliyevdir. Hazırda həmin dərs vəsaiti Prezident kitabxanasındadır. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 17 fevral 2010-cu il tarixli, 202 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmiş bu kitab 2009-cu ildə Bakıda, ADPU-da işıq üzü görsə də, sonradan, daha dəqiqi, 2016-cı ildə GDU-nun müəllimləri - İlham Ağayev və İlqar Haqverdiyev həmin kitabdan plagiatlıq edərək yeni bir dərs vəsaiti "ərsəyə gətiriblər".

İ.Ağayevin və İ.Haqverdiyevin Baloğlan Quliyevin zəhmətini öz adlarını çıxaraq “yazdıqlıar” dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən deyil, Gəncə Dövlət Universitetinin 26.04.2016-cı il tarixli 5/116 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq olunub. İ.Ağayevin və İ.Haqverdiyevin Baloğlan Quliyevin dərs vəsaitindən istifadə edərək plagiat dərs vəsaiti kimi çapa verdikləri kitabın giriş hissəsindəki ilk abzası olduğu kimi təqdim edirik: "Giriş. Dərs vəsaitinin məqsədyönlü işlənməsində müəllifin praktik müəllim olması ilə yanaşı, onun dissertasiya, elmi- tədqiqat işinin fiziki tərbiyə üzrə nəzəri biliklərinin mənimsənilməsinin şagird şəxsiyyətinin formalaşmasına təsirinə həsr edilməsi, burada nəzəriyyə ilə praktikanın bir-biri ilə sıx əlaqələndirilməsi,birinin o birini tamamlaması da az rol oynamamışdır." Baloğlan Quliyevdən kitabından da giriş hissəni olduğu kimi sizlərə təqdim edirik: "Dərs vəsaitinin məqsədyönlü işlənməsində müəllifin praktik müəllifin praktik müəllim olması ilə yanaşı , onun dissertasiya , elmi-tədqiqat işinin fiziki tərbiyə üzrə nəzəri biliklərin mənimsənilməsinin şagird şəxsiyyətinin formalaşmasına təsirinə həsr edilməsi , burada nəzəriyyə ilə praktikanın bir-biri ilə sıx surətdə əlaqələndirilməməsi, biri o birini tamamlaması da az rol oynamamışdır".

Dərs vəsaitlərinin ön sözünün belə eyniliklə köçürüldüyü açıq-aydın özünü biruzə verir. Diqqətinizi bir məqama yönəldərək bildiririk ki, Pedaqoji fakultədə sözügedən dərs vəsaitini ərsəyə gətirən iki müəllifdən biri kafedra mudiri, digəri isə fakultənin dekan müavini vəzifəsində çalışdığından həmin plagiata rəyçilərdən biri pedaqoji fakultənin ömürlük dekanı Bayram Apoyev olub. Onu da qeyd edək ki, İlqar Haqverdiyev Baloğlan Quliyevdən plagiat etədiyinə baxmayaraq, o, “yazdığı” dərs vəsaitinə görə 2016-cı ildə GDU-da dosent əvəzi vəzifəsinə təyin edilib. Amma görün, GDU-nun rəsmi saytında onun haqqında ncə yüksək fikirlər yer alıb: "İşlədiyi müddət ərzində universitetin elmi məcmuələr kitabında 10-yaxın elmi məqalənin, 6 proqram və 1 dərs vəsaitinin müəllifidir. Kafedrada daim elmi tədqiqat işləri ilə məşğuldur. 2016-cı ildən dosent əvəzi vəzifəsinə təyin edilib.


" İlqar Haqverdiyevin Baloğlan Quliyevdən köçürdüyü dərs vəsaitinin hansı məqsədə hesablandığı gün kimi aydındır. Belə ki, dosent vəzifəsinə təyin olunmaq üçün yol ilk öncə dosent əvəzindən keçir və bu vəzifəyə təyin olunan alimin maaşında artım olur. Göründüyü kimi, plagiatlıq nəticəsində zərərçəkmiş yenə də dövlət olur. Qeyd edək ki, bu məsələ ilə bağlı İlham Ağayev və İlqar Haqverdiyevlə əlaqə saxlayıb onların da mövqeyinə aydınlıq gətirmək istədik. İlqar Haqverdiyev bildirdi ki, sözügedən dərs vəsaitini onlar yazmayıb. Onun sözlərinə görə, həmin dərs vəsaitini GDU-nun riyaziyyat kafedrasında işləyən Mahal Qurbanov yazıb. Daha sonra bildirdi ki, yəqin Mahal Qurbanov həmin dərsliyi Balaoğlan Qurbanovdan köçürüb.