BolgeXeber.Com » Xəbərlər » Rüfət Quliyev necə deputatdır?- Lənkəran gəncləri ilə görüşün təfərrüatları

Rüfət Quliyev necə deputatdır?- Lənkəran gəncləri ilə görüşün təfərrüatları

6-01-2017, 13:05
Oxunub: 2 298 Rüfət Quliyev necə deputatdır?- Lənkəran gəncləri ilə görüşün təfərrüatları“Rüfət Quliyev heç vaxt bizi diqqətdən kənarda qoymur!”

“Gənclərimizə dəstəyini göstərir, ondan çox razıyıq”

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, İqtisadi-siyasət komitəsinin üzvü Rüfət Quliyev son zamanlar keçirdiyi görüşlərlə mətbuatda diqqət mərkəzi olmağı bacarır.
Qatıldığı görüşlərdə seçicilərin problemlərinin həlli yolunda əlindən gələn köməkliyi göstərən Rüfət Quliyev bu yaxınlarda 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rüfət Quliyev seçicilərlə növbəti görüş keçirmişdi. Görüşü açan deputat ilk növbədə ölkədəki ictimai və siyasi vəziyyətdən, Respublika Prezidenti cənab İlham Əliyevin uğurlu siyasət kursundan bəhs edərək son görüşlərdə seçicilərin səsləndirdikləri xahişlər barədə məlumat vermişdi.
O, qeyd edib ki, Lənkəran şəhər 6 N-li tam orta məktəbinə inteqrasiya təlimli internat tipli qimnaziyaya, Sütəmurdov və Şilavar kəndlərindəki ümumi orta məktəblərə deputatın Azərbaycan Respublikası Təhsil nazirinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentinə məsələ ilə əlaqədar məktublarından sonra Təhsil Nazirliyinin hesabına qaz xətti çəkilib və yanvar ayında da qaz sayğaclarının quraşdırılmasından sonra qaz veriləcək.

Sütəmurdov kənd seçicilərinin xahişilə magistral yolda əvvəllər də deputatın vəsaiti hesabına quraşdırılmış sürəti azaldan maneə xətti yenidən bərpa edilib.

Digah və Sütəmurdov kəndlərindəki əhalinin işıq pullarının və digər kommunal ödənişlərini ödəmək üçün deputatın müdaxiləsindən sonra aidiyyəti qurumlar tərəfindən bu aparatlar quraşdırılıb.

Həmçinin seçicilərin çoxsaylı məktublarına qaldırılan sosial xarakterli bir çox əsaslı xahişlərin həllinə köməklik göstərib. Bəzi əsassız xahişlərdən imtina edilmiş və təkrar olaraq deputatın statusu və fəaliyyət sahələri barədə onlara izahat və müvafiq tövsiyələr verilib və deputat həmişə çalışıb ki, qəbula, görüşə gələnlər onun yanından naümid getməsinlər. Görüşdə iştirak edən seçicilər Rüfət Quliyevə öz təşəkkürlərini bildirmişdilər.

Deputat da öz növbəsində vurğulayıb ki, təşəkkür və minnədarlıqlar ona yox, möhtərəm Prezidentimizə edilməlidir. Çünki, ölkədəki əmin-amanlıq, hərsahəli sabitlik onun yorulmaz səylərinin və gərgin əməyinin nəticəsidir.

Sonra seçiciləri maraqlandıran suallar deputat tərəfindən cavablandırılıb. Deputat seçiciləri narahat edən son vaxtlar ölkədə baş verən bahalaşma məsələsinə də bir iqtisadçı alim kimi aydınlıq gətirmiş, qeyd edib ki, bütün dünyanı bürümüş iqtisadi və maliyyə böhranı təbii ki, Azərbaycandan da yan keçə bilməzdi. Neftin qiymətinin dəfələrlə ucuzlaşması, bəzi xarici valyutaların bahalaşması (əsas iqtisadi patrnyorlarımız olan Rusiyada, İranda, Gürcüstanda, Ukraynada, Belarusda milli valyutaların devalvasiyası) ticarət əlaqələrinə ciddi təsir göstərib. Bu, isə son nəticədə xaricdən alınan malların və yerli istehsalda istifadə olunan komponentlərin qiymətlərinin qalxması bahalıq doğurub.

Rüfət Quliyev xüsusilə vurğulayıb ki, vəziyyətdən çıxış yolu cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi yerli istehsalı kəskin artımaq, neft-qaz amilindən asılılığa son qoymaqdır. Deputat onu da bildirib ki, nədənsə kənd yerlərində bir ətalət hiss olunmaqdadır. Heç də hamı nəinki pay torpaqlarından, hətta həyətyanı sahələrindən səmərəli istifadə etmir.

Millət vəkili onu da diqqətə çatdırıb ki, yaxın vaxtlarda onun təşəbbüsü və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı cənab Taleh Qaraşovun yaxından dəstəyi ilə rayonda xarici şirkətlər tərəfindən kənd təsərrüfatyönümlü bir neçə layihə həyata keçiriləcək və yeni iş yerləri açılacaqdır. Deputat həmçinin vəd verib ki, seçicilərin övladlarından aqrar sahələr üzrə ixtisas almaq istəyənlərə həmişə dəstək göstərməyə hazırdır.

BTV-nin bölgə müxbirlərinin Lənkəran şəhərində sakinlərdən aldığı müsahibələrdən də bəlli olur ki, şəhər sakinlərinin əksəriyyəti Rüfət Quliyevin fəaliyyətindən razıdır.

Qeyd edək ki Rüfət Quliyev millət vəkili olmaqla yanaşı, böyük elmi uğurlara da imza atıb:
"Bazara keçid şəraitində əsas istehsal fondlarının səmərəli istifadəsi faktorlarının təkamülü (Azərbaycan Respublikasının sənayesi materialları əsasında)" mövzusunda iqtisadi elmlərin namizədi elmi dərəcə almaq üçün dissertasiya təqdim edib
1995-ci ilin may ayının 16-da Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin) Elmi Şurasında 08.00.01 (İqtisadi nəzəriyyə) ixtisası üzrə həmin dissertasiyanı müdafiə edərək, müvafiq elmi dərəcəni almışdır.

"Azərbaycanın milli iqtisadiyyatının formalaşmasının sərmayə problemləri" mövzusunda iqtisadi elmlərin doktoru elmi dərəcə almaq üçün dissertasiya təqdim edib. 2004-cü ilin fevral ayının 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Iqtisadiyyat Institutunun Elmi Şurasında 08.00.01 (İqtisadi nəzəriyyə) ixtisası üzrə həmin dissertasiyanı müdafiə edərək, müvafiq elmi dərəcəni almışdır.

Rüfət Quliyevin məqsədyönlü fəaliyyəti haqqında daha geniş məlumatı yaxın günlərdə saytımızdan oxuya biləcəksiz. İzləmədə qalın.

İbrahim
Bolgexeber.com