BolgeXeber.Com » Xəbərlər » İsmayıl Ömərovla İlqar Qılıcov da “Deputatlar binası”na köçəcəklərmi? - Yeni təfərrüatlar...

İsmayıl Ömərovla İlqar Qılıcov da “Deputatlar binası”na köçəcəklərmi? - Yeni təfərrüatlar...

7-01-2017, 09:32
Oxunub: 2 169 İsmayıl Ömərovla İlqar Qılıcov da “Deputatlar binası”na köçəcəklərmi? - Yeni təfərrüatlar...Tikintisi 13 il davam edən və ötən ilin son günlərində “Ağ şəhər” deyilən ərazinin yaxınlığında istifadəyə verilən “Deputatlar binası”nda mənzili olanlar sırasında daha iki tanınmış şəxsin, iki eks-deputatın adı məlum olub

Bunlar ikinci çağırış parlamentin üzvü olan sabiq millət vəkilləri – İTV-nin keçmiş şefi İsmayıl Ömərov və onun yaxın dostu, Ali Məhkəmənin hakimi İlqar Qılıcovdur.
Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, həmin şəxslər də 2003-cü ildə tikintisinə başlanın “Deputatlar binası”nda mənzil növbəsinə dayanıblar.
Ancaq indi onların yeni mənzillərdə yaşayıb-yaşamayacaqları tam dəqiq deyil.
Yəni, həmin binanı tikən “KAT Ltd” tərəfindən bir çox sabiq və indiki deputatlar ayrı-ayrı yerlərdə tikilmiş “göydələn”lərdə mənzillə təmin olunublar.
Bu səbəbdən adıçəkilən sabiq deputatların həmin binadakı mənzillərinə sahiblənib-sahiblənməyəcəkləri tam dəqiq deyil.
Bu arada – yeri gəlimişkən, sabiq deputatlardan Əliməmməd Nuriyev və parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin həmin binadan mənzil alması faktı özünün təsdiqini tapmayıb.