BolgeXeber.Com » Xəbərlər » Marketlərdə sizi belə aldadırlar: Nə etməli?

Marketlərdə sizi belə aldadırlar: Nə etməli?

7-01-2017, 10:20
Oxunub: 1 781 Marketlərdə sizi belə aldadırlar: Nə etməli?Vətəndaşlar belə hallarla qarşılaşdıqları zaman bizə müraciət etsinlər

Bu sözləri İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bəzi marketlərdə malların vitrində qoyulan qiymətlə kassadakı qiymət arasında fərq olması haqda Axar.az-a danışarkən deyib. O, belə hallarla qarşılaşan vətəndaşları nazirliyə müraciət etməyə çağırıb:

“Belə vəziyyətlə qarşılaşan vətəndaşlar vitrindəki qiymətin fotosunu və kassadan ona verilən qəbzi saxlasınlar. Sonra İqtisadi İnkişaf Nazirliyinin qaynar xəttinə - 195-2 nömrəsinə və ya 012-498-15-01, 012-498-15-04 nömrələrinə müraciət etsinlər. Yalnız anonim olmayan, öz ad-soyadını təqdim edən vətəndaşların şikayətlərinə nəzər yetirilir. Onların şikayəti əsasında nazirlik həmin obyektdə araşdırma aparır”.

Qeyd edək ki, bəzi hallarda malın vitrindəki qiyməti ilə kassada vurularkən qəbzdə göstərilən qiyməti arasında fərq yaranır. Satıcılar bunu yeni gələn malın qiymətindəki artımla əlaqələndirir, vitrində qiymət düzəlişini etməyə fürsət olmaması ilə izah etməyə çalışırlar. Mütəxəssislər isə bu faktı mağaza sahiblərinin fırıldağı kimi qiymətləndirirlər.