BolgeXeber.Com » Xəbərlər » Eldar Mahmudovun toruna düşən “Təzə bazar”ın sahibi Baytarlıq Xidmətini hədə qorxu gəlməkdə ittiham etdi

Eldar Mahmudovun toruna düşən “Təzə bazar”ın sahibi Baytarlıq Xidmətini hədə qorxu gəlməkdə ittiham etdi

7-01-2017, 13:47
Oxunub: 2 303 Eldar Mahmudovun toruna düşən “Təzə bazar”ın sahibi Baytarlıq Xidmətini hədə qorxu gəlməkdə ittiham etdi“Təzə bazar” MMC-nin rəhbəri Məmmədağa İbrahimov bazarda gizli sexin aşkarlanması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin yaydığı məlumata münasibət bildirib

Virtualaz.org saytı ilə əlaqə saxlayan M.İbrahimov baytarlıq xidmətini yanlış məlumat yaymaqda günahlandırıb. “Rayondan Bakıya satış məqsədilə gətirilən ət əvvəlcə rayondakı baytarlıq xidmətinin nəzarətindən keçirilir və bazara bunu təsdiqləyən sənədlər təqdim olunur.
“Təzə bazar”da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin gündüz və gecə laboratoriyaları fəaliyyət göstərir. Ət satışa verilmədən təkrar həmin laboratoriyalarda yoxlamadan keçirilir, satış üçün yararlı olub-olmadığına rəy verilir. Baytarlıq Nəzarəti Xidmətinin mətbuata yararsız kimi təqdim etdiyi ət də bu qurumun laboratoriyasında yoxlanılıb və bizdə bunu təsdiqləyən sənədlər var. Biz həmin sənədləri reyd keçirənlərə də təqdim etmişik”, – bazar rəhbəri deyib.