loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Putinin sərvətinə zərbə endirmək lazımdır” - Kasparov

Şahmat çempionu hesab edir ki, Putin Rusiyasının indiki halda saxlanması onun dağılmasından daha böyük təhlükə törədə bilər
Şahmat üzrə keçmiş dünya çempionu, Putin rejiminə qatı müxalif siyasətçi, hazırda ABŞ-da dissident həyatı yaşayan Harri Kasparov Yahoo News-a müahibə verib.

Kasparov Trampın elan etdiyi kursu dəyişməməsi və Vladimir Putinə qarşı dirəniş göstərməməsi halında dünyanı qaranlıq dövrlər gözləyəcəyini bildirib.

Onun fikrincə, Putin və Lavrov rejimin təsir dairəsini genişləndirmək üçün Trampın prezidentliyini böyük həsrətlə gözləyirlər.

“Onlar hamısı Trampı səbirsizliklə arzulayırlar. Hesab edirlər ki, Tramp hər şeyi dəyişəcək və Krımın işğalı ilə razılaşmaq da daxil olmaqla Putinin bütün tələblərinə boyun əyəcək”, - Kasparov qeyd edib.

Kasparov Rusiyanın yeni prezidentdən NATO-nun rolunun azaltmasını, habelə Baltikyanı ölkələrin ona peşkəş edilməsini gözlədiyini deyib.

“Hesab edirəm ki, bu əsl cinayətdir. Əgər ABŞ-ın balansı bərpa etmək niyyəti olmasa, bizi həqiqətən qaranlıq dövrlər gözləyir”, - o, bildirib.

Harri Kasparov Rusiyada həyatına təhlükə yaranması səbəbi ilə ABŞ-a köçdüyünü söyləyib. O, ABŞ-ı Rusiyaya qarşı prezident Obamanın qəbul etdiyi qərarlardan (Rusiya diplomatlarının ölkədən qovulması nəzərdə tutulur - red.) daha sərt tədbirlər görməyə çağırıb.

“Putinin sərvətinə zərbə endirmək lazımdır”, - Kasparov söyləyərək əlavə edib:

“Göstərmək lazımdır ki, Rusiyadan bu vaxta qədər nə qədər pul oğurlanıb. ABŞ kəşfiyyatı bu pulların harada saxlandığını çox gözəl bilir. Onlar Putin hakimiyyətinin nüvəsinə girməli, onun rus oliqarxlar vasitəsilə talayıb ölkədən çıxardığı yüz milyardlarla dollar pulun vasitəsilə manipulyasiya imkanlarını əlindən almalıdır. Çünki o, bu pulların köməyi ilə özünə lazım xüsusi əməliyyatları həyata keçirir. Artıq ona dərs verməyin vaxtı gəlib çatıb”.

Keçmiş dünya çempionu özünün şəxsi saytında izləyicilər tərəfindən verilən suallara da cavab verib.

Kasparovun fikrincə, Rusiya indi həm çirkli energetikanın, həm də çirkin siyasi texnologiyaların tədarükçüsünə çevrilib.

O, indiki rejimdə Rusiyanın dünya arenasında pozitiv rol oynaya bilməyəcəyini söyləyib.

Kasparov Putinin gedişindən sonra hər şeyin birdən-birə yaxşılığa doğru getməyəcəyini söyləsə də onun hakimiyyətdə qaldığı müddətdə ölkədə və dünyada hər hansı müsbət dəyişiklikləri gözləməyin mümkün olmayacağını qeyd edib.

“Təəssüf ki, hazırkı dövrdə Rusiya cəmiyyəti “Krım bizimdir” kimi müxtəlif imperiya virusları ilə yoluxdurulub. Krımın işğalı, rejimin Ukraynanın şərqində və Suriyadakı aqressiv hərəkətləri, onun bütün dünyaya ikrah münasibəti rusiyalılarda oriyentirlər haqqında yanlış təsəvvürlər oyadır. Bu gün Rusiya dünya iqtisadi sistemini parazitləşdirir. Müalicə üçün isə şok terapiya lazımdır. Mənim bu terapiya haqqında təsəvvürüm yoxdur. Lakin cəmiyyətin ağır xəstə olduğunu etiraf etmək lazımdır. Bu narkoloji xumarlıqdan ayılmaq asan olmayacaq”, - keçmiş bakılı qeyd edib.

Kasparovun fikrincə, Qərb geopolitikası həmişə status-kvonun saxlanmasına üstünlük verdiyi üçün onlar Putin rejiminin qalmasında maraqlı ola bilərlər.

Harri Kasparov bunun yanlış olduğu düşüncəsindədir. O, Putin rejimini xeyir və şər anlayışlarının hüdudlarının yox edildiyi məkana bənzədib.

Rusiyalı dissident sui-qəsd nəticəsində öldürülən Boris Nemtsovun vaxtilə Qərb liderlərinə “Putin bizim problemdir. Lakin əvvəl-axır o sizin də probleminiz olacaq” sözlərini xatırladıb..

Kasparov Putin rejiminin dünyada bir qayda, hüdud, hüquq normasını tanımayan bir rejim olduğunu dilə gətirib. Onun fikrincə, rejimin əsas təhlükəliliyi dünyanı kütləvi fəlakətlərdən tutub saxlayan qaydalar toplusunu ayaqlar altına alması ilə bağlıdır.

“Putin hazırda özünün təbliğatı vasitəsi ilə islam Şərqi tərəfindən təhdidləri əsas təhlükə olaraq təqdim edə bilir. Bununla da o, guya terrorizmlə mübarizə adı altında Qərbdə müttəfiq qazanmağa çalışır. Lakin bu gün qərb liderləri başa düşürlər ki, Putin Rusiyasının indiki halda saxlanması onun dağılmasından daha böyük problem törədə bilər”, - Kasparov bəyan edib.
Bölmə: Müsahibə-Reportaj | 07 yanvar 2017 15:08 | Baxış sayı: 173





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: