BolgeXeber.Com » Xəbərlər »  İşçiləri Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin rüşvət almasından hara yazıblar? - QALMAQAL

 İşçiləri Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin rüşvət almasından hara yazıblar? - QALMAQAL

7-01-2017, 15:43
Oxunub: 2 573   İşçiləri Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin rüşvət almasından hara yazıblar? - QALMAQALBaş mütəxəssis Səbinə Sadıqova da A. Süleymanovun ondan istefaya getməsini tələb etdiyini bildirib

Təxminən bir gün əvvəl - 6 dekabr 2015-ci ildə APA İnformasiya Agentliyi "Dövlət Baytarlıq Nəzarəti Xidmətinində qanunsuzluq - ŞİKAYƏT" başlıqlı və "Dövlət Baytarlıq Nəzarəti Xidmətinin bir qrup əməkdaşı qurumda qanunsuzluqlar, saxtakarlıqlar və qeyri-qanuni işdən çıxarılmaların baş verdiyini iddia edirlər" yarımbaşlıqlı məqalə yayımlamışdı. APA-nın məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında çıxış edən xidmətin ümumi sektorunun müdiri Eldəniz Zeynalov xidmətin rəisi vəzifəsini icra edən Azər Süleymanovun onlara təzyiq göstərdiyini bildirib. Onun sözlərinə görə, A. Süleymanov heç bir səbəb olmadan onu istefaya göndərmək istəyir: "Bir gün Azər Süleymanov məni öz otağına çağırdı və işdən getməli olduğumu bildirdi. Mən isə buna etiraz etdim və nöqsanım olmadığı halda istefa ərizəsi yazmayacağımı dedim. Mən ərizə yazmadığım üçün o, qısa müddətdə iki struktur dəyişikliyi etdi və iki sektoru birləşdirib, bir şöbə yaratdılar. İndi bizə xəbərdarlıq edirlər ki, artıq yanvardan işə çıxmayım. Mənə məktub veriblər ki, guya ixtisara düşmüşəm".
E. Zeynalov yaranmış vəziyyətlə bağlı Kənd Təsərrüfatı Nazirliyinə və Dövlət Qulluğu Komissiyasına, Prezident Administrasiyasına və digər qurumlara müraciət etdiyini deyib. O qeyd edib ki, məsələ ilə bağlı məhkəməyə müraciət edəcək.
Baş mütəxəssis Səbinə Sadıqova da A. Süleymanovun ondan istefaya getməsini tələb etdiyini bildirib.
Xidmətin böyük məsləhətçisi Zemfira Kazımova işdəki mühitdən narazılığını bildirərək, həyatına təhlükə olduğunu qeyd edib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsini müvəqqəti icra edən rəis müavini Azər Süleymanov APA-ya bildirib ki, haqqında deyilənlərin heç birinin əsası yoxdur. Onun sözlərinə görə, DBNX-da aparılan struktur islahatı ilə əlaqədar olaraq ümumi sektor ləğv olunub: “Eldəniz Zeynalova xəbərdarlıq məktubu verilib və ona başqa sektorda baş məsləhətçi vəzifəsi təklif olunub. Lakin o, bizə cavab vermir. Eldəniz Zeynalov işdən çıxarılmayıb”.
Rəis müavini qeyd edib ki, Səbinə Sadıqovanın da ştatı struktur islahatı ilə bağlı olaraq ixtisara düşüb: “Səbinə Sadıqova texniki işçidir. Bizdə brusellyoz-vərəm üzrə ekspedisiya var, orada həmin vəzifə Səbinə Sadıqovaya təklif olunub. O da Eldəniz Zeynalov kimi bizə cavab vermir”.
Eldəniz Zeynalov isə Azər Süleymanovun Azadlıq Radiosuna, APA-ya yenə də öz ampulasında, yalan məlumat verdiyini bildirdi:
“Biz keçirdiyimiz Mətbuat Konfransının bir məqsədi vardır ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində haqlı şikayətlərimizə qanunun tələbləri çərçivəsində baxılmır. Odur ki, bu tribunadan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə, kənd təsərrüfatı naziri cənab Heydər Əsədova müraciət etdik.
Azər İdris oğlu Süleymanov cari ilin sentyabrın 7-dən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin vəzifəsini müvəqqəti icra etməyə başladığı gündən Dövlət Xidmətində çalışan bəzi dövlət qulluqçularına, o cümlədən mənə qarşı əsassız təyziqlərə başlamışdır. Mən dövlət qulluğunda uzun müddət qüsursuz fəaliyyətimə görə dövlətimizdən təltiflər gözlədiyim halda, A. Süleymanov mənə “Ərizəni yaz, get işdən” dedi. Səbəbini isə heç cür izah edə bilmədi. Mən isə dövlətimizə, qanunun aliliyinə, “Dövlət Qulluğu Haqqında” Azərbaycan Respublikasının Qanununa güvənərək işdən çıxma ərizəsini yazmaqdan qəti şəkildə imtina etdim. Bundan sonra A. Süleymanov vəzifəsindən sui istifadə edərək qanunsuz olaraq mənim vəzifə səlahiyyətimi məhdudlaşdırdı.
Belə ki, A. Süleymanov rəhbərlik etdiyim Ümumi sektorda mənə yox, məndən vəzifədə aşağı olan yardımçı vəzifə tutan işçiyə istər yazılı, istərsə də şifahi tapşırıqlar verməyə və bununla mənə psixoloji təyziq göstərməyə başladı. O, qanunsuz olaraq mənim dövlət qulluğuma xitam vermək üçün fəaliyyətimdə əsas tapa bilmədiyi təqdirdə, səxsən məni tutduğum vəzifədən azad etmək naminə kənd təsərrüfatı naziri cənab Heydər Əsədova 2015- ci il 19 oktyabr tarixli təhriri məruzə təqdim edərək, cənab nazirin 2015-ci ilin 17 iyun tarixində təsdiq etdiyi “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparatının strukturunun təsdiq edilməsi haqqında” 45 nömrəli əmri ilə Dövlət Xidmətinin Strukturunu və Ştat cədvəlini 2015-ci ilin 20 oktyabr ayında Ikinci Dəfə yenidən dəyişdirməklə mənim sektor müdiri vəzifəsində işlədiyim sərbəst fəaliyyətdə olan Ümumi sektorun və Hüquq, kadrlarla iş sektorunun bazasında “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununda nəzərdə tutulanların icrası məqsədilə kargüzarlığın səlahiyyətlərini artırılmalı olduğu halda, Dövlət Baytarlıq Nəzarəti Xidmətində kargüzarlıq funksiyasını daşıyan Ümumi sektorun səlahiyyətini azaldaraq Hüquq, kadr, kargüzarlığın təşkili sektoru yaratmışdır. Və hal hazırda da həmin sektorda sektor müdiri vəzifəsi vakantdır.Bundan öz xeyrinə istifadə edən A. Süleymanov ikinci Strukturu məndən gizlətmiş, yalnız 2015- ci ilin noyabr ayında üzə çıxararaq mənə “Ştatın ixtisara düşüb” bildirən 02.11.2015-ci li tarixli 27/1-1171 nömrəli məktub vermişdi.
Lakin bu məktubda göründüyü kimi, məktub mücərrət yazılaraq mənə konkret hansı vəzifənin təklif edilməsi bilərəkdən açıqlanmamışdır. Əslində isə iki sektor birləşdikdən sonra vakansiya olan sektor müdiri və ya digər vakant sektorların müdiri yerləri “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1.6 maddəsinə əsasən mənə təklif edilməlidir.
Əksinə, A. Süleymanov Qanununun 28-ci maddəsinin 28.1. bəndini pozaraq boş vəzifələrin tutulması üçün müsabiqə elan etmədən öz yaxın adamı olan Göygöl Zona Baytarlıq Laboratoriyasında direktor vəzifəsində işləyən, bir gün də olsa dövlət qulluğunda olmayan Aydın Hüseynovu heyvandarlıq məhsullarına və yüklərə nəzarət sektoruna müdir vəzifəsinə təyin etmişdir. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1.6 maddəsini rəhbər tutaraq Aparatda yeni yaradılmış sektorun o, cümlədən digər 3 sektorun müdiri vəzifəsinin boş olduğunu A. Süleymanovun diqqətinə çatdıraraq həmin vəzifələrdən birinə təyin edilmək üçün təhsilimin, təcrübəmin, stajımın, ixtisas dərəcəmin (dövlət qulluğunun kiçik müşaviri) imkan verdiyini və razı olduğumu bildirsəmdə buna məhəl qoymadan mənə 01.12.2015-ci il tarixli 27/1-1331 nömrəli məktub ünvanlayaraq tez-tez istinad etdiyim “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1.6 maddəsinin mütləq norma kimi qəbul edilmədiyini bildirmişdir.
Göründüyü kimi işimdə nöqsan tapa bilməyən bu şəxslər artıq qanunları da öz istək və arzularına uyğun şərh etməyə başlayıblar. Belə çıxır ki, “artıq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ehtiyac yoxdur. KTN yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bu vəzifəni öz üzərinə götürmüşdür”.

"İş adamı Asif Hacıyevin ondan rüşvət tələb etməsi haqqında açıq müsahibəsindən sonra Asif Nəsirova gündə zəng edərək minnətçi düşərək: “ərizəni geri götür, izahat yaz ki məndən rüşvət almayıblar” yalvarması mənə elə gəlir ki, Azər Süleymanova şərəf gətirməyəcək"

Beləliklə, Azər Süleymanov mənə yazılı konkret heç bir vəzifə təklif etməmişdir. Yalnız onun müavini B. Quliyev mənə şifahi olaraq Dövlət Xidmətində sektor müdiri vəzifələri vakant olduğu halda, aşağı vəzifə təklif edib. B. Quliyev rəisin səlahiyyətlərini icra etmir və ona görə də o işəgötürən hesab edilmir. Buna görə də onun şifahi etdiyi təklif də əsas ola bilməz. Mən isə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1.6 maddəsinə əsaslanaraq 3 sektorun müdiri vəzifəsinin boş olduğunu nəzərə alaraq həmin vəzifələrdən birinə təyin olmağımı tələb etmişəm.
Dövlət Xidmətində baş verən bu qanunsuzluqlar haqqında Azərbaycan Respublikasınlın Baş nazirinə, Prezidentin Administrasiyasının Aqrar siyasət məsələlərı şöbəsinə, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya, nəhayət cənab A. Süleymanov özünə müraciətlər etmişəm. Həmin müraciətlər baxılmaq üçün Kənd Təsərrüfatı Nazirlyinə və nəticə barədə mənə məlumat verilməsi barədə tapşırıqlar verisə də bu günə kimi araşdırılma aparılmayıb və mən rəsmi qaydada məlumatlandırılmamışam.
Yuxarıda göstərdiyim mənə və digər mütəxəssislərə qarşı edilən haqsızlıqlara baxmayaraq, Azər Süleymanov Azadlıq Radiosuna, APA-ya verdiyi müsahibəsində qanuni tələblərimizi “şər, böhtan, qərəzli” adlandırır. Və öz qanunsuz əməllərini isə ört-basdır etməyə cəhd edir.
Mənə elə gəlir ki, Azər Süleymanov son vaxtlar sosial şəbəkələrdə aktuallığını itirməyən Dövlət Baytarlıq Nəzarəti Xidmətində baş alıb gedən qanunzus, neqativ hallara, iş adamı Asif Hacıyevin “Müsavat.com-a” (qəzetin 2015-ci il 5-6 dekabr tarixli 271 saylı buraxılışı) ondan rüşvət tələb etməsi haqqında açıq müsahibəsinə, həmçinin cənab Prezidentin sayıtına və hüquq-mühafizə orqanlarına, habelə aidiyyəti dövlət orqanlarına məktub və teleqramlarına rəsmi münasibət bildirsə daha önəmli olardı. Asif Nəsirova gündə zəng edərək minnətçi düşərək: “ərizəni geri götür, izahat yaz ki məndən rüşvət almayıblar” yalvarması mənə elə gəlir ki, Azər Süleymanova şərəf gətirməyəcək.
Mən 1978-ci ildən Kənd Təsərrüfatı sistemində işləyirəm. Peşəm baytar həkimidir. Sənətimi sevdiyim üçün Sizə də məlum olduğu kimi, kənd təsərrüfatı sahəsinin ağır, lakin şərəfli olmasına görə bu ötən illərimi sənətimə həsr edərək nazirliyə, dövlət qulluqçusuna layiq olmağa çalışmışam. Əmək haqqlarımızın az olan vaxtında sənətimi ataraq biznes fəaliyyəti dalınca qaçmamışam. Gələcəkdə də olsa layiqli işimi dəyərləndirən tapılacağı ümüdü ilə bu günədək isə “dövlət qulluğunda irəli şəkilmək hüququ”mdan (Maddə 32) istifadə edərək 2011-ci ildən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparatının (bundan sonra Dövlət Xidməti) Ümimi sektorun müdiri vəzifəsinə irəli çəkilmişəm. 38 il dövlər qulluğundayam, dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmidir (altıncı təsnifat üzrə). 2015-ci ildə Xidməti fəaliyyətim “YAXŞI” qiymətləndirilmidir.
Məlumat üçün onu da bildirirəm ki, Dövlər qulluğunda çalışmanın yaş həddinə hələ çatmamışam.
Eyni zamanda bildirmək istəyirəm ki, baytarlıq sahəsində bu gün də istifadə edilən hüquqi-normativ aktların, habelə baytarlıq sahəsində hökumətlərarası saziş, memorandum və s. əməkdaşlıq layihələrinin hazırlanmasında iştirak etməklə, öz bilik və bacarığım çərçivəsində yerli baytarlıq mütəxəssislərinə yaxından köməklik ğöstərirəm. İxtisasımın artırılması istiqamətində bir çox xarici dövlətlərdə keçirilən seminar, treninq və simpoziumlarda, habelə mühüm tədbirlərdə iştirak etməklə müvafiq Sertifikatlara malikəm. Ölkəmizin Umumdüya Ticarət Təşkilatına (ÜTT) üzv olması ilə bağlı bir cox xarici olkələrdə keçirilən görüşlərdə, seminarlarda iştirak etməklə, nazirlikdə sanitar-fitosanitar sazişi üzrə yaradılan “Notifiksiya mərkəzi”nin üzvü təyin edilmişəm. Dövlət Xidmətində Tvinninq layihəsi çərçivəsində “Heyvanların identifikasiyası və təsərrüfatların qeydiyyatı” sisteminin Konsepsiyasının hazırlanması üzrə yaradılan işçi qrupun üzvü-koordinator, ABŞ Təhlükənin Azaldılması Departamentinin Bioloji Təhlükəsizlik Proqramı üzrə Nazirlər Kabineti tərəfindən yaradılan işçi qrupunda çalışmışam.
Hörmətli Artur müəllim!
Diqqətinizə təqdim edirəm ki, Göygöl rayonu baytarlıq idarəsində rəis vəzifəsindən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin müavini gətirilən, Azər İdris oğlu Süleymanov cari ilin sentyabr ayından Dövlət Xidmətinin rəisinin vəzifəsini müvəqqəti icra etməyə başladığı gündən Dövlət Xidmətində çalışan, dövlət qulluqçularına, o cümlədən mənə qarşı əsassız təyziqlərə başlamışdır. Beləliklə Dövlət Xidmətində böyük hərcmərclik, narazılq yaratmışdır. Bir neçə qanunun aliliyini rəhbər tutan işçilər nazir cənab Heydər Əsədova, Prezident möhtərəm İlham Əliyevə şikayət teleqramı vurmuş, kömək istəmişik (əlavə edilir). Mən də öz növbəbdə Dövlət Xidmətində baş verən qanunsuzluqlar barəsində Prezidentin Administrasiyasının Aqrar siyasət məsələlərı şöbənin müdiri cənab Azər Əmiraslanova rəsmi müraciət etmişəm (əlavə edilir).
Mən dövlət qulluğunda uzun müddət qüsursuz fəaliyyətimə görə dövlətimizdən təltiflər gözlədiyim halda, A. Süleymanov mənə “Ərizəni yaz, get işdən” dedi. Səbəbini isə heç cür izah edə bilmədi (edədə bilməzdi, çünki səbəb yox idi). Mən isə dövlətimizə, qanunun aliliyinə, dövlət qulluğu haqqında qanunvericiliyə söykənərək isdən çıxma ərizəsini yazmaqdan qəti şəkildə imtina etdim. Bundan sonra vəzifəsindən sui istifadə edərək qanunsuz olaraq mənim vəzifə səlahiyyətimi məhdudlaşdırmışdır. Belə ki, A. Süleymanov “Dövlət Qulluğu” haqqında Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan tələbləri pozaraq rəhbərlik etdiyim sektorda mənim məlumatım olmadan, vəzifədə məndən aşağı olan yardımçı vəzifə tutan işçiyə istər yazılı, istərsə də şifahi tapşırıqlar verir (əlavə edilir). Bu da tabelikdə işləyən işçi ilə sektor müdiri arasında əmək funksiyasının icra intizamını pozmaqla, mənim qulluq səlahiyyətlərimin yerinə yetirilməsində işin ahəngini pozmuşdur. Bu barədə A. Süleymanova şifahi, həmçinin yazılı müraciət etdim (əlavə edilir). Lakin A. Süleymanov buna məhəl qoymadan qanunsuz əməllərini davam etdirir. vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanunununda nəzərdə tutulan kargüzarlıq funksiyanı daşıyan Umumi sektorun fəaliyyətini məhdudlaşdıraraq Belə ki, A. Süleymanov qanunsuz olaraq mənim dövlət qulluğuma xitam verməkdə işimdə əsas tapa bilmədiyi təqdirdə, səxsən məni tutduğum vəzifədən azad etmək naminə Nazirlikdə dəbdə olan və “sınaq”dan çıxmış üsullardan biri olan kənd təsərrüfatı naziri cənab Heydər Əsədova 2015- ci il 19 oktyabr tarixli təhriri məruzə təqdim edərək, cənab nazirin 2015-ci ilin 17 iyun tarixində 45 nömrəli əmri ilə təsdiq etdiyi “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparatının strukturunun təsdiq edilməsi haqqında” Dövlət Xidmətinin Stukturunu və Ştat cədvəlini 2015-ci ilin 20 oktyabr ayında ikinci dəfə yenidən dəyişdirməklə mənim sektor müdiri vəzifəsində işlədiyim sərbəst fəaliyyətdə olan Ümumi sektorun və Hüquq, kadrlarla iş sektorunun bazasında “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununda nəzərdə tutulanların icrası məqsədilə kargüzarlığın səlahiyyətlərini artırılmalı olduğu halda Dövlət Baytarlıq Nəzarəti Xidmətində kargüzarlıq funksiyasını daşıyan Ummi sektorun səlahiyyətini azaldaraq Hüquq, kadr, kargüzarlığın təşkili sektoru yaratmışdır. Və hal hazırda da vakant olan bir sektor müdiri ştat vahidi saxladı. Hecə ola bilər ki, Dövlət Xidmətinin Strukturu və Ştat Cədvəli 2015-ci ilin 17 iyun tarixində rəsmi təsdiq edildiyi halda, sonra isə oktyabr ayında ikinci strukturun təsdiqi üçün 2-ci əmr imzalayır. Buna ehtiyac duyulurdumu? Həttda 2015-ci ilin 17 iyun tarixli birinci Struktur Maliyyə Nazirliyi ilə də razılaşdırılmışdır. Bundan öz xeyrinə istifadə edən A. Süleymanov ikinci Strukturu məndən gizlətmiş, yalnız 2015- ci ilin 02 oktyabr ayında üzə çıxararaq mənə “Ştatın ixtisara düşüb” bildirən 02.11.2015-ci li tarixli 27/1-1171 nömrəli məktub verildi (əlavə edilir). Göründüyü kimi, iki sektor birləşdikdən sonra vakansiya olan sektor müdirləri yerləri “Dövlət Qulluğu” haqqında Azərbaycan Respublikasının 21.1.6 maddəsinə əsasən mənə təklif edilməlidir.
Məlumat üçün onu da bildirirəm ki, yeni 2-ci Strukturda hazırda adıçəkilən sektor da daxil olmaqla 4 sektor və bir şöbə müdiri vəzifəsi vakansiyadır. Əksinə, mənə ünvanlanmış 02.11.2015-ci li tarixli 27/1-1171 nömrəli məktub mücərrət yazılaraq, heç bir vəzifə mənə təklif edilməmişdir.
Həmçinin A. Süleymanov Qanununun 28-ci maddəsinin 28.1. bəndini pozaraq inzibati vəzifələrin altıncı–doqquzuncu təsinifatına uyğun olan boş vəzifələrin tutulması üçün müsabiqə elan etmədən öz yaxın adamı olan Göygöl Zona Baytarlıq Laboratoriyasında direktor vəzifəsində işləyən, bir gün də olsa dövlət qulluğunda olmayan Aydın Hüseynovu baytarlıq müfəttişliyi sektoruna müdir vəzifəsinə təyin etmişdir.
Ymumiyyətlə, A. Süleymanov Dövlət qulluqçularını, o cümlədən müsabiqə və müsahibədən keçmiş peşəkar mütəxəssisləri qanunsuz işdən çıxarmaq, onu da bacara bilməyəndə dəbdə olan üsullarla səlahiyyətli şəxslərin havadarlığı ilə tez-tez ştatları dəyişməyə nail olmaq zorundadır.
Xahiş edirəm qisa müddət ərzində bir dövlət qulluqçusunun qanunsuz işdən azad edilməsi naminə iki dəfə dəyişən stukturun qanunauyğunluğuna baxmaqla, “Dövlət Qulluğu” haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən hüquqlarımdan istifadə edilməsində yaradılan süni manelərin aradan qaldırılmasına köməklik göstərəsiniz.
***
Dünən isə məzuniyyətdə olan rəis Azər Süleymanov daha bir qalmaqallı məsələyə imza atıb... Bu barədə aşağıdakı linkdən oxuya bilərsiniz... \\tezadlar.az\\