BolgeXeber.Com » Xəbərlər » Ədliyyə Nazirliyi Quba Rayon Məhkəməsində baş vermiş hadisə ilə bağlı məlumat yayıb
Ədliyyə Nazirliyi Quba Rayon Məhkəməsində baş vermiş hadisə ilə bağlı məlumat yayıb
7-01-2017, 20:28
Oxunub: 2 380
Ədliyyə Nazirliyi Quba Rayon Məhkəməsində baş vermiş hadisə ilə bağlı məlumat yayıb
Bolgexeber.com-un xəbərinə görə, Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir:
“Sosial şəbəkələrdə Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan Nuray Bayramzadənin xalasından alınaraq atası Ə.Bayramova verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası prosesini əks etdirən video-süjet yayımlanıb.
Məlumat üçün bildirilir ki, uşağın anası 2010-cu ildə vəfat etdikdən sonra onu öz qəyyumluğuna götürən xalası M.Eldarova və nənəsi F.Xudaverdiyeva Nurayı atasına verməkdən yayınmışdır. Bununla əlaqədar Ə.Bayramov 2012-ci ildə Quba Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin qətnaməsinə əsasən uşağın atasına verilməsi qərara alınmış, həmin qətnamə həmçinin apellyasiya və Ali məhkəmələrin qərarları ilə qüvvədə saxlanılıb.
Bununla yanaşı, M.Eldarovanın uşağın atasının valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmədə qaldırdığı iddiası isə əsassız olduğundan bütün instansiya məhkəmələri tərəfindən təmin olunmayıb.
Bundan sonra uşağın atasına verilməsi barədə qanuni qüvvəyə minmiş qətnamənin icrası üzrə tədbirlər həyata keçirilərkən qarşı tərəfə edilmiş xəbərdarlıqlara, profilaktik söhbətlərə və izahlara baxmayaraq onlar məhkəmə qətnaməsini könüllü icra etməmiş, icradan qərəzli yayınmış, N.Bayramzadənin yerini gizli saxlamışlar. Bununla əlaqədar icra məmuru tərəfindən müvafiq qərar qəbul edilərək uşağın və cavabdehlərin axtarılması üzrə tədbirlər görülüb.
Axtarış tədbirləri nəticəsində uşağın yeri müəyyən olunaraq icra 07.12.2016-cı il tarixə təyin edilib. İcra prosesində qanunvericiliyə uyğun olaraq hər iki tərəfin, eləcə də rayon icra hakimiyyətinin, təhsil şöbəsinin qəyyumluq və himayəçilik orqanının nümayəndələri, polis əməkdaşları, psixiatr, məsləhətçi-psixoloq iştirak ediblər.
Video-çəkilişdən göründüyü kimi, icra prosesində mübahisə uşağın atası və qarşı tərəf arasında yaranıb. O da bildirilir ki, icra prosesi başa çatdıqdan və tərəflər icra qurumunu tərk etdikdən dərhal sonra uşaq atası Ə.Bayramovdan zorla alınaraq xalasına qaytarılıb və həmin vaxtdan onunladır. Bu fakt hazırda Quba rayon polis şöbəsində araşdırılır.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyində xidməti yoxlama aparılır və nəticəsi üzrə qanunamüvafiq tədbirlər görüləcək”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər