BolgeXeber.Com » BÖLGƏ TV » "Məni sürüdülər, əllərindən çıxıb anamın yanına qaçdım" - 10 yaşlı qızın harayı (VİDEO,TƏFƏRRÜAT)

"Məni sürüdülər, əllərindən çıxıb anamın yanına qaçdım" - 10 yaşlı qızın harayı (VİDEO,TƏFƏRRÜAT)

7-01-2017, 22:05
Oxunub: 3 966 "Məni sürüdülər, əllərindən çıxıb anamın yanına qaçdım" - 10 yaşlı qızın harayı (VİDEO,TƏFƏRRÜAT)10 yaşlı qızı sürüyərək məcburi atasına verilməsi məsləsi dövlət qurumlarını hərəkətə gətirib

10 yaşlı qızı sürüyərək məcburi atasına verirlər. Görüntülər 1 ay əvvəl Quba rayon İcra Xidmətində çəkilib. 10 yaşlı qızın xalasından alınaraq atasına verilərkən məhkəmə icraçıları tərəfindən yol verilən kobudluğun əks olunduğu video sosial şəbəkələrdə yayıldıqdan sonra ölkənin əsas mövzusuna çevrilib.

Xezerxeber.az məlumat verir ki, Quba rayon Məhkəməsinin qərarı ilə Nuray Bayramzadə illər əvvəl anası ilə boşanan və indiyədək üzünü görmədiyi atasına verilib. Lakin uşaq istmədiyindən icraçılar zorla onu xalasından ayırmağa çalışıb. Bu zaman gərgin anlar yaşanıb.

10 yaşlı Nuraya 9 ayından bu günə kimi xalası Mehriban Eldarova analıq edib. Nurayın anası Rübabə Xudaverdiyeva 2004-cü ildə Əvəz Bayramovla ailə həyatı qurub. İki il sonra Nuray dünyaya gəlib, 2008-ci ildə isə onlar boşanıblar. Bundan 9 ay sonra qadının xərçəng xəstəliyinə tutulduğu məlum olub və 2010-cu ildə dünyasını dəyişib. Xalası Mehriban Eldarova və onun həyat yoldaşı 4 yaşlı Nurayın qəyyumlugunu öz üzərinə götürüb.

Uşağın atası isə 2009-cu ildə ikinci dəfə ailə həyatı qurub. Birinci həyat yoldaşı vəfat edəndən bir müddət sonra - 2011-ci ildə məhkəməyə müraciət edərək qızını geri qaytarmaq istədiyini bildirib.

Ancaq Nurayın atası Əvəz Bayramov ittihamları qəbul etmir. O, vəfat edən keçmiş həyat yoldaşına da yardım təklifi etdiyini və 2011-ci ildən 2016-cı ilə qədər övladına hər ay aliment ödədiyini də bildirir.

Bakıdakı 5 saylı kliniki doğum evinin anestezioloqu olan Əvəz Bayramov sonuncu məhkəmədən sonra uşağa qarşı törədilən kobudluğa da münasibət bildirib.

Video yayıldıqdan sonra əlaqədər idarə və təşkilatların nümayəndələri ailə ilə maraqlanıblar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, icra zamanı baş verən xoşagəlməz hallar araşdırılır bu məqsədlə İşçi Komissiya yaradılıb. Sabah Komissiya üzvləri, Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşağa baş çəkəcəklər.

Azərbaycan Uşaq Birliyinin sədri də Qubada Nuraya baş çəkib.

Məsələ Ombudsmanın da nəzarətindədir. Ombudsman Aparatından bildirilib ki, 10 yaşlı uşağa qarşı kodudluq faktı, onun psixoloji durumunun nəzərə alınmaması, qanunvericiliyin tələblərinin pozulduğunu göstərir.