BolgeXeber.Com » Xəbərlər » Avropa Şurası Katibliyinin nümayəndə heyəti Baş Prokurorluqda olub

Avropa Şurası Katibliyinin nümayəndə heyəti Baş Prokurorluqda olub

11-01-2017, 19:22
Oxunub: 1 487 Avropa Şurası Katibliyinin nümayəndə heyəti Baş Prokurorluqda olubBaş prokurorun müavini Namiq Əsgərov yanvarın 11-də Avropa Şurası Katibliyinin Hüquqi məsələlər və qanunun aliliyi üzrə direktoru Filip Buaya və Siyasi məsələlər üzrə direktoru Aleksandr Qessellə görüşüb

Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, N. Əsgərov Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verildiyini bildirərək prezident İlham Əliyevin ölkənin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində imzaladığı qanunvericilik aktları, həyata keçirilən islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza və korrupsiyaya qarşı mübarizə sahəsində görülən konkret işlər barədə ətraflı məlumat verib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran N. Əsgərov respublikada “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işlər, o cümlədən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar konkret işlərin həyata keçirildiyini, eyni zamanda cinayət təqibi zamanı insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində prokurorluğun rolu və bu istiqamətdə respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələrin qurulduğunu xüsusi vurğulayıb.

Öz növbəsində, F. Buaya əlaqələrin müxtəlif istiqamətlərdə uğurlu inkişafını, Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığını təqdir edib, məhkəmə-hüquq sistemində aparılan islahatlara maraq göstərərək insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı fikirlərini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.