BolgeXeber.Com » Xəbərlər » Bakıda 3 uşaq anası əməliyyat masasında öldü - Həkim: "Olur da belə şeylər'' - FOTO

Bakıda 3 uşaq anası əməliyyat masasında öldü - Həkim: "Olur da belə şeylər'' - FOTO

12-01-2017, 15:46
Oxunub: 2 618 Bakıda 3 uşaq anası əməliyyat masasında öldü - Həkim: "Olur da belə şeylər'' - FOTOBu gün Bakının tanınmış xəstəxanasında cavan ana əməliyyat zamanı dünyasını dəyişib

Bolgexeber.com bildirir ki, mərhumun yaxınları criminal.az saytına deyiblər ki, 3 uşaq anası olan Vüsalə bu gün 5 saylı xəstəxanada ''qrija'' əməliyyatı olunub. Lakin xəstə əməliyyat masasında keçinib.

Mərhumun ailəsi yaxınlarının ölümündə həkim səhlənkarlığı olduğunu iddia edirlər. Bildirirlər ki, həkim əməliyyat zamanı xəstənin damarını zədələyib. Xəstə isə qanaxmadan dünyasını dəyişib. Hətta həkim hadisədən sonra mərhumun ailə üzvlərinə əməliyyat pulunu qaytararaq ''olur də belə şeylər'' deyərək gedib.

Mərhum xanımın 3 azyaşlı uşağı anasız qalıb.
Bakıda 3 uşaq anası əməliyyat masasında öldü - Həkim: "Olur da belə şeylər'' - FOTO