BolgeXeber.Com » Gündəm » H3N2 virusu ilə necə mübarizə aparaq?- REPORTAJ

H3N2 virusu ilə necə mübarizə aparaq?- REPORTAJ

12-01-2017, 16:49
Oxunub: 4 055 H3N2 virusu ilə necə mübarizə aparaq?- REPORTAJTerapevt-qastrentoloq Mətanət Cəfərovanın sözlərinə görə, həkimlə məsləhətləşmədən bu viruslara qarşı mübarizə aparmaq xəstəliyin ağırlaşaraq pnevmaniyaya çevrilməsinə səbəb olur

Son aylar bütün ölkədə sürətlə yayılan qrip virusu artıq həyəcan təbili çalmağa əsas verir. Çünki bu kəskin virus çoxlarımızın alışdığı adi qrip əlamətləri ilə yanaşı, yuxarı tənəffüs yollarında iltihaba, pnevmoniyaya və digər orqanların zədələnməsinə səbəb olur.
Ötən illə müqayisədə bu virus daha da kəskinləşib. Buna görə də xəstəxanalara qripə yoluxmuş xeyli insan müraciət edir.
Terapevt-qastrentoloq Mətanət Cəfərovanın sözlərinə görə, həkimlə məsləhətləşmədən bu viruslara qarşı mübarizə aparmaq xəstəliyin ağırlaşaraq pnevmaniyaya çevrilməsinə səbəb olur. Xəstəliklər içərisində pnevmoniyadan ölüm halları 6-cı sırada qərarlaşır ki, bu da sözügedən xəstəliyin ciddiliyindən xəbər verir.
Payız fəslindən qış fəslinə keçən dövrdə aktivləşən qrip virusları il-ildən genetik dəyişimə məruz qalır. Bunu nəzərə alan Ümumdünya Səhiyyə Təşkilatı hər il virusları analiz edir və onu məhv edəcək gücə malik peyvəndlər hazırlayır.
Bəs yaxşı, görəsən, hansı hallarda həkimə müraciət etməliyik?
Gəlin, sağlamlığımızın qeydinə qalaq. Əgər vaxtında həkimə müraciət etsək, tez-tez müayinələrdən keçsək, gələn viruslara qarşı bədənimizin müqaviməti də artacaq.

İbrahim Mahmudov


Bolgexeber.com