BolgeXeber.Com » Xəbərlər » "İncəsənət Muzeyi samovar monopoliyası ilə məşğul olur" - İTTİHAM

"İncəsənət Muzeyi samovar monopoliyası ilə məşğul olur" - İTTİHAM

13-01-2017, 12:46
Oxunub: 2 314 "İncəsənət Muzeyi samovar monopoliyası ilə məşğul olur" - İTTİHAM“Xaricdə yaşayan dostumuza samovar lazım oldu. Aldım, ancaq göndərmək üçün it zülmü çəkdim”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri jurnalist Coşqun Eldaroğlu sosial şəbəkədə yazıb. O bildirib ki, hazırda İncəsənət Muzeyi samovar monopoliyası ilə məşğul olur:

“Sizin muzeylərə ürəyiniz yansın, tez-tez xalqı tənqid eləyin ki, muzeyə getmirlər. Gözünə döndüyüm İncəsənət Muzeyi də gəlib samovar monopoliyası ilə məşğul olsun. Hər yerdə bürokratik əngəl var. İncəsənət Muzeyinin şəhadətnaməsi olmasa, ölkədən samovar çıxa bilməz. Həftədə bir dəfə komissiya təşkil edirlər, samovarın heç üzünə baxmırlar, deyirlər, pulu bəri ver”.

C. Eldaroğlu onu da qeyd edib ki, rüsum 15 manat olsa da, məlumatsız şəxslərdən 30 manat tələb olunur. Əvəzində möhürlü şəhadətnamə verilir.