BolgeXeber.Com » İqtisadiyyat » Rusiyanın ehtiyatları sürətlə əriyir

Rusiyanın ehtiyatları sürətlə əriyir

13-01-2017, 13:30
Oxunub: 3 253 Rusiyanın ehtiyatları sürətlə əriyirRusiyanın “qara gün” üçün saxladığı valyuta ehtiyatı bitmək üzrədir

Axar.az xəbər verir ki, Rusiya Ehtiyat Fondu ötən il 73.3 % azalaraq 972,13 milyard rubla, Milli Rifah Fondu isə 16,6 % azalaraq 4,36 trilyon rubla qədər geriləyib.

Ehtiyat Fondu 2016-cı ilin yalnız son ayında 58,2%, Milli Rifah Fondu isə 5,81% azalıb.

Ekspertlər 2017-ci ildə Rusiyanın ehtiyatlarının tamamilə bitəcəyini proqnozlaşdırıb.

Maliyyə Nazirliyindən verilən məlumata görə, ötən ilin dekabrında Ehtiyat Fondundan 6.87 milyard dollar, 6.44 milyard avro və 1.21 milyard funt-sterlinq təxminən 966 milyard rubl qarşılığında satılaraq büdcə kəsirinin bağlanmasına sərf olunub.