BolgeXeber.Com » Siyasət » Müharibə başlayır?

Müharibə başlayır?

17-09-2012, 13:10
Oxunub: 4 319 Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başladı

Müdafiə Nazirliyinin müxtəlif hərbi birləşmələri genişmiqyaslı təlimlərə başlayıb. Hərbi mənbələrdən Bolgxeber.com-a daxil olan məlumata görə, təlimlər yüksək dağlıq ərazilərdə, Böyük Qafqaz dağlarında keçirilir. Təlimlər zamanı ordumuzun müxtəlif birləşmələri arasındakı əlaqələndirmə, döyüş hazırlığı, taktiki hazırlıq və.s nəzərdən keçirilir. Təlimlərə müxtəlif təyinatlı və xüsusi bölmələr də cəlb edilib.
Qeyd edək ki, yay aylarında Azərbaycan ordusu ermənilərlə təmas xəttinin ən yüksək ərazilərində, yəni Murovdağ silsiləsində bir neçə uğurlu əməliyyat keçirmiş və bəzi mövqeləri əldə etmişdi.