BolgeXeber.Com » Xəbərlər » Hacıqabulda Heydər Əliyev Mərkəzində sərgi və vəsiqələrin təqdimatı -FOTO

Hacıqabulda Heydər Əliyev Mərkəzində sərgi və vəsiqələrin təqdimatı -FOTO

13-01-2017, 19:16
Oxunub: 2 809 Hacıqabulda Heydər Əliyev Mərkəzində sərgi və vəsiqələrin təqdimatı -FOTO13.03.2017-cı il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Mərkəzin Rəsm və Xalça-Toxuculuq kursunun üzvlərinin əl işlərindən ibarət sərgi açıldı və kursu bitirənlərin vəsiqələrinin təqdimatı keçirildi

Mərkəzin direktoru çıxış edərək qeyd etdi ki, Bu gün artıq Mərkəzdə sayca III buraxılış keçirilir.Belə ki, 2014-cü ilin mart ayından Heydər Əliyev Mərkəzində artıq kurslar fəaliyyət göstərməyə başlayıb.Rəsm və Xalça-toxuculuq kursları.Müəllimlərimiz təhsilli və çox bacaqrıqlı, öz sözlərini demiş insanlardı.2015-ci ildə birinci buraxılış, 2016-cı ildə işə 2-ci buraxılış oldu.Bu il 2017-ci ildə isə artıq sayca 3-cü buraxılışımızı qeyd edirik.2015-ci ildə 10 nəfər 6 rəsm, 4 isə xalça-toxuculuq kursunun məzunu oldu.2016-cı ildə isə 15 nəfər məzunumuz var idi.11 rəsm, 4 isə xalça-toxuculuq.Bu il isə 10 nəfər 3 xalça-toxuculuq və 7 nəfər rəsm kursunu bitirir.İnanırıq ki, gələn il bundan çox olacaq.Ona görə ki, həm bu kurslarda gənclərin asudə vaxtı səmərəli keçir, sənət öyrənirlər, həm də başqa adlı kurslar, dərnəklər açirıq: ingilis dili, rus dili, kompyuter bilikləri kursları, kiçik rəssamlar, gənc texnoloqlar.Biz çalışırıq ki, gənc nəsil təhsilli, tərbiyyəli, istedadlı yetişsin.Bu vəsiqələr sizlərə əbəs yerə verilmir, Mərkəzdə, rayonda, hətta Respublikada keçirilən sərgilərdə, yarışlarda daima fəal olmanızı istəyirik.Kursu bitirsəniz də Mərkəzlə əlaqənizi kəsməyin.Tez-tez keçirilən sərgilərdə, müsabiqələrdə iştirak edib, hədiyyələr, Fəxri Fərman və Diplomlar qazana bilərsiz.
2015-ci il Bakıda Elmi Metodiki Mərkəzin Bayraq günü münasibəti ilə təşkil etdiyi sərgidə rəsm kursumuzun iki üzvü 10 rəsmlə iştirak etdi, İbrahimov İxtiyar Respublika ikincisi oldu.Diplom və hədiyyə ilə mükafatlandırıldı, Aztv-də “Səhər” verlişinə dəvət aldı və iştirak etdi.Rəsm müəllimi Fəridə xanıma Fəxri Fərman verildi. 2016-cı ildə isə 2 kiçik rəssamımızın əl işi Yunanıstanın Ksanfi şəhərinə sərgiyə göndərildi.Biz çalışacağıq ki, sizlərin sayəsində bu cür uğurlarımız bol olsun.
Sonra Mərkəzin bələdçisi Xanımana Abdullayeva kursların, dərnəklərin fəaliyyəti barədə geniş məruzə ilə çıxış etdi.Sonra Xalça-toxuculuq müəllimi Zenfira Məmmədova və rəsm müəllimi Heyran Xancanova kursu bitirənləri təbrik etdilər.Çıxışlar bitdikdən sonra Mərkəzin direktoru tərəfindən kursları bitirənlərə vəsiqələr təqdim olundu.Kurs müəllimləri və məzunlarla birlikdə tort kəsildi.
Tədbirin sonunda kurs üzvlərinin əl işlərindən ibarət sərgiyə tamaşa edildi və xatirə şəkilləri çəkildi.
Bolgexeber.com
Hacıqabulda Heydər Əliyev Mərkəzində sərgi və vəsiqələrin təqdimatı -FOTO
Hacıqabulda Heydər Əliyev Mərkəzində sərgi və vəsiqələrin təqdimatı -FOTO
Hacıqabulda Heydər Əliyev Mərkəzində sərgi və vəsiqələrin təqdimatı -FOTO
Hacıqabulda Heydər Əliyev Mərkəzində sərgi və vəsiqələrin təqdimatı -FOTO