Baş Prokurorluqda AŞPA-nın həmməruzəçiləri ilə görüş keçirilib
13-01-2017, 19:34
Oxunub: 2 037
Yanvarın 13-də Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Ştefan Şennak və Sezar Florin Predanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, AŞPA ilə müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə sıx əməkdaşlıq etdiyini bildirən Baş prokurorun müavini Azərbaycanın Avropa Şurasına üzv qəbul olunduqdan sonra ölkəmizdə həyata keçirilən hüquqi islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən genişmiqyaslı işlər barədə ətraflı məlumat vermişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, həyata keçirilən islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza, prokurorluq orqanlarının strukturunun daha da təkmilləşdirilməsi istiqamətində aparılan köklü islahatlar, o cümlədən şəffaf prosedurlar əsasında test yolu ilə qulluğa qəbul edilmiş gənc hüquqşünasların prokurorluğun kadr korpusunun yarıdan çoxunu təşkil etməsi müsbət hal kimi dəyərləndirilmişdir.
AŞPA ilə Azərbaycan Respublikası arasında əməkdaşlıqdan və bu əlaqələrin daha da inkişaf etdirilməsindən məmnunluğunu ifadə edən qonaqlar ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində atılan addımları, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları, xüsusilə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işləri yüksək qiymətləndirmişlər.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunmuş, tərəfləri maraqlandıran suallar və digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.
Tədbirdə Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç iştirak etmişdir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə