BolgeXeber.Com » Xəbərlər » Rəmiş qızlarına ŞƏRT QOYDU - "Dizin-dizin sürünsələr..."

Rəmiş qızlarına ŞƏRT QOYDU - "Dizin-dizin sürünsələr..."

14-01-2017, 10:58
Oxunub: 2 916 Rəmiş qızlarına ŞƏRT QOYDU - "Dizin-dizin sürünsələr..."Xalq artisti, gitara ifaçısı Rəmiş ( Rafiq Hüseynov) küsülü olduğu övladları barədə danışıb

Bolgexeber.com xəbər verir ki, lent.az-a açıqlama verən gitara ifaçısı bildirib ki, qızları yalnız onun qarşısında diz çökdüyü halda barışa bilər:

“Övladlarım mənə qarşı səhv hərəkət etdilər. Bir adam mənə qarşı nəsə mənfi hərəkət edəndə, qəlbim küsür. Ana övladı bağışlaya bilər, amma atanın ahı çox pis, ağır olur. Qızım mənə qarşı səhv edib, o dizin-dizin, sürünə-sürünə gəlib məndən üzr istəsə, bu halda onu bağışlayaram. Başqa cür onu heç vaxt bağışlamaram. Qızımın əri mənim adımdan gedib kimdənsə pul alıb, qaytarmayıb. Buna görə də məni polisə çağırmışdılar. Bu hal məni çox üzdü. Bəlkə də bu balaca səhv sayıla bilər, amma mənim üçün böyük bir xətadır. Mənim kimi qeyrətli atanı camaatın gözündən salmaq günahdır. Məhz bu səbəbə görə də 8 ilə yaxındır ki, övladlarımın üzünü görmürəm”.

Xalq artisti övladlarının anası barədə də danışıb: “1974-ci ildə qayınatam bizi boşatdırdı. O gündən bu günə uşaqlarımın anasının üzünü belə görməmişəm. Hətta üzü də yadımdan çıxıb. Artıq 42 ildi bir-birimizi görmürük”.