BolgeXeber.Com » Xəbərlər » Fitosanitar Xidmətdə “sehrli idarə”: - Cəngi Pestisid Poliqonu ləğv edilir?

Fitosanitar Xidmətdə “sehrli idarə”: - Cəngi Pestisid Poliqonu ləğv edilir?

14-01-2017, 11:07
Oxunub: 2 816 Fitosanitar Xidmətdə “sehrli idarə”: - Cəngi Pestisid Poliqonu ləğv edilir?Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Cəngi Pestisid Poliqonu ləğv oluna bilər

Poliqon Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli Qərarına əsasən yaradılıb.

Poliqon istifadəyə yararsız və qadağan olunmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin və qablarının qablaşdırılaraq daşınması, zərərsizləşdirilməsi və məhv edilməsi məqsədi ilə Nazirliyin tabeliyində fəaliyyət göstərən qurumdur.

Poliqonun saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Bu qapalı qurumun fəaliyyəti olduqca gizlidir. Onun əməkdaşlarının sayı belə sirr saxlanır.

Ümumiyyətlə, bu sahəyə nəzarət yüksək səviyyədə olmadığı üçün büdcə vəsaitlərinin qeyri-şəffaf xərcləndiyi haqda şübhələr var. Fitosanitar Xidmətin tabeliyindəki digər qurumların da yeyinti yuvaları olduğu iddia edilir.

Hökumətin bütün sahələr üzrə araşdırmaya başladığı və büdcəni talan edən artıq strukturları ləğvə hazırlaşdığı deyilir. Bu mənada Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Cəngi Pestisid Poliqonu ləğv oluna bilər.

Ümumilikdə Dövlət Fitosanitar Nəzarəti Xidməti rüşvət məntəqəsinə çevrilib. Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman Məmmədov qurumun çovdarovları adını qazanıb.

İdxala icazə üçün iş adamlarından açıq şəkildə rüşvət istənilir. Onlara bildirilir ki, şikayət etməyin mənası yoxdur. Sahibkarlar qeyd edirlər ki, tikinti materiallarının fitosanitar karantin baxışı alver predmetinə çevrilib.

İş adamları bildirirlər ki, hər mal idxalında 20 manat əvəzinə 160 manat alınır. Bu qurumun özbaşınalığı barədə prezidentə iş adamları tərəfindən saysız-hesabsız şikayətlər daxil olmaqdadır.

Bundan əlavə, Tarif Şurasının qərarı ilə idxal edilən materiallara fitosanitar karantin baxışının keçirilməsi üçün 1 kub metr meşə materialları üçün 0,01 manat, bitkiçilik məhsullarının idxalına fitosanitar sertifikatlarının verilməsinə görə isə 3 manat məbləğində rüsum müəyyən edilib.

Dövlət xidməti rəhbərliyi sahibkarlardan sertifikatın verilməsinə görə bundan dəfələrlə artıq miqdarda qeyri-qanuni pul tələb edir. \\regionxeberleri.com\\