BolgeXeber.Com » Bölgə » Qusara 17 sm qar yağdı

Qusara 17 sm qar yağdı

14-01-2017, 14:15
Oxunub: 3 686 Qusara 17 sm qar yağdıÖtən gündən başlayaraq respublikanın Şimal regionunda hava şəraiti dəyişib

APA-nın məlumatına görə, dağlıq ərazilərə 5-15 sm qalınlığında qar yağıb.

Havanın temperaturu mənfi 2-10 dərəcə arasında dəyişir.

Bölgədə ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb - 17 sm.

Quba regional hidrometeorologiya şöbəsindən verilən məlumata görə, qarın hündürlüyü Xızının Altıağac qəsəbəsində 10, Xınalıqda 4, Qusarda 5 sm təşkil edir.