BolgeXeber.Com » Siyasət » Qarabağ separatçıları “KiViN 2017”-də çıxış etdilər

Qarabağ separatçıları “KiViN 2017”-də çıxış etdilər

16-01-2017, 11:39
Oxunub: 2 756 Qarabağ separatçıları “KiViN 2017”-də çıxış etdilərAzərbaycan tərəfinin çoxsaylı etirazına baxmayaraq, qondarma Dağlıq Qarabağ rejimini təmsil edən komanda Soçidə keçirilən “KiViN - 2017” festivalında çıxış edib

Oxu.Az Minval.az-a istinadən xəbər verir ki, bu barədə Yerevan KİV-i məlumat yayıb.

Qeyd edək ki, bu ərəfədə Rusiya KİV-i KVN aparıcısı, “AMİK YB” MMC-nin direktoru Aleksandr Maslyakovun bəyanatını yaymışdı, həmin bəyanatda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılan qondarma Dağlıq Qarabağ rejimini təmsil edən komandanın Soçidə keçiriləcək KVN festivalında çıxış edəcəyi xəbərini təkzib etmişdi.

“Qondarma “DQR”-nin komandaları heç vaxt beynəlxalq festivalda iştirak etməyib. Festivala dəvət KVN saytında qeydiyyatda olan bütün istifadəçilərə avtomatik olaraq göndərilir. KVN həmişə siyasətdənkənar və millətlərarası münaqişələrin qızışdırılmasına qarşı olub”, - Maslyakov bildirib.

Amma Soçidə olan separatçılar komandasının nümayəndəsi Georgi Avetisyan “Novosti-Armenii” agentliyinə verdiyi müsahibədə bildirib ki, komanda artıq birinci turda çıxış edib və nəticələri gözləyir.

“Mən KVN-in siyasətdənkənar olduğu ilə razıyam. Bu, şən və hazırcavab gənclərin oynadığı bir oyundur. Bizim komanda Stepanakertdəndir”, - Avetisyan bildirib.