BolgeXeber.Com » Xəbərlər » "Qarabağ" idman klubu Abu-Dabidə Ciu-citsu üzrə 2 medal qazandı-FOTO

"Qarabağ" idman klubu Abu-Dabidə Ciu-citsu üzrə 2 medal qazandı-FOTO

16-01-2017, 15:53
Oxunub: 4 889 "Qarabağ" idman klubu  Abu-Dabidə Ciu-citsu üzrə 2 medal qazandı-FOTOYanvar ayının 13-14 tarixləri arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində Brazilya Ciu-citsu idman növü üzrə "Grand Slam" Dünya turu yarışı keçirilib

Yarışda 30 ölkədən müxtəlif kəmər dərəcələrində mübarizə aparan 1500-dən çox idmançı arasında "Qarabağ" idman klubunun təmsilçiləri də iştirak ediblər.

Bolgexeber.com xəbər verir ki, yarişa iki idmançı ilə qatılan "Qarabağ" idman klubu elə iki medal da qazanıb. Belə ki, 94 kq-da güləşən Rəşad Əliyev yalnız finalda məğlub olaraq gümüş medal qazanıb. Eyni çəki üzrə mübarizə aparan Ayaz Süleymanov isə bürünc medala layiq görülüb.

Xatırladaq ki, "Qarabağ" idman klubu bir il ərzində üç "Grand Slam" Dünya turu yarışında iştirak edib və ümumilikdə 4 medal qazanib. Hazırda "Qarabağ" idman klubu qarşıdan gələn dünya çempionatına hazırlaşır.