Tərtərdə “Gömrük və gənc nəsil” mövzusunda tədbir keçirildi-FOTO
16-01-2017, 16:13
Oxunub: 4 099
Azərbaycan Respublikası gömrük xidmətinin yaradılmasının 25 illik yubileyilə bağlı Tərtər şəhər Gənclər Mərkəzində gənclərlə görüş keçirilib
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini- dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Yevlax Gömrük İdarəsinin əməkdaşları Nurlan Nuriyev, Ramil Mədətov və Xətayi Məmmədli iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan E.Umudov Gömrük işçilərini 25 illik yubleyləri münasibəti ilə təbrik edib, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş gömrük siyasətinin onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini vurğulayıb.
Yevlax Gömrük İdarəsinin əməkdaşları “Gömrük və gənc nəsil” mövzusunda Azərbaycan Respublikasının ümummilli lideri, Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin siyasi memarı Heydər Əliyevin gömrük işinin təşkil edilməsi sahəsindəki xidmətlərindən söhbət açıb, bildiriblər ki, məhz bu dahi şəxsin rəhbərliyi altında ölkəmizin milli gömrük siyasəti formalaşıb, onun qanunvericilik bazası yaradılıb, müasir avadanlıqlar və texniki vasitələrlə təchiz olunub, dünya standartlarına cavab verən gömrük sistemi yaradılıbdır.
Tədbirdə Azərbaycan Gömrük Xidmətinin quru, hava və dəniz yollarında ölkənin iqtisadi mənafeyi və təhlükəsizliyini qoruduğu, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarına qarşı qətiyyətlə mübarizə apardığı, dünyanın inkişaf etmiş ölkələrinin gömrük orqanları və aidiyyəti beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər