BolgeXeber.Com » Ölkə » Çovdarov üzünə duran dostunu təhqir etdi: "Belə şərəfsizi..." - MƏHKƏMƏDƏN

Çovdarov üzünə duran dostunu təhqir etdi: "Belə şərəfsizi..." - MƏHKƏMƏDƏN

16-01-2017, 17:15
Oxunub: 2 266 Çovdarov üzünə duran dostunu təhqir etdi: "Belə şərəfsizi..." - MƏHKƏMƏDƏN Vəkillər bildirib ki, hakim Həbib Həsənov məhkəməyə daxil olan arayışı elan edib

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Proses haqqında təqsirləndirilən Akif Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.Keçmiş Binəqədi bələdiyyəsinin sədri həm də bu işdə zərərçəkmiş olan Elman Salmanov ifadəsinə əlavələr edib. O bildirib ki, İlham Çovdarovun adından 150 min manatdan əlavə olaraq 16 min də alıb: "İlham Xəlilov dedi ki, Novxanıda Akif Çovdarova tikilən bağ evinin birinci mərtəbəsini o tikdirməlidir. Məndən bu adla 16 min manat də aldı. Torpaq, qum, sement aldı. Çovdarov həbs ediləndən sonra İlhama dedim ki, pulumu geri al. İlham onda dedi, gəl Çovdarovun əleyhinə ifadə verək. Hətta İlham üstümə düşdü ki, o deyibsə, mən də onu deyim. Hətta 10 sot topaq söz verdi, pul təklif elədi, mən razılaşmadım".
Vəkil Sadiq Rəsulov bildirib ki, məhkəmədə İlham Xəlilovun yalan danışdığı məlum oldu. Hakim də İlham Xəlilovun iddialarının əsassız olduğunu anlayıb

Məhkəmədə şahid qismində Çovdarovun qohumu Natiq Hümbətov ifadə verib. O qeyd edib ki, İlham Xəlilov Çovdarov həbs ediləndən sonra ona müraciət edərərək görüşmək istəyib: "Görüşdük. İlhamı ümumiyyətlə Akifin yaxın dostu kimi tanımışam. İlhamı iki dəfə Akif müəllimin evində məclis olanda görmüşəm. Akif müəllim İlhamı masanın başında əyləşdirirdi. Akif Çovdarov həbs ediləndə İlham gəlib dedi ki, onun Akif Çovdarova borcu olub, amma rəsmi sənəddə mənim adıma yazılıb. Guya İlhamın mənə 60 min borcu var. Notariusdan ona sənəd verməyimi istədi. Razılaşmadım. Dedim, bu cür sənəddən mənim xəbərim yoxdur. Dedi, əgər sənin ele bir tələbin yoxdursa, nədən çəkinirsən, yaz ver?! Mən də yazdım verdim. Yenə deyirəm, mən onu Akifin dostu kimi tanımışam. Bilsəydim, bu belə edəcək, yazmazdım".

Vəkillər bildirib ki, hakim Həbib Həsənov məhkəməyə daxil olan arayışı elan edib. Arayışda İlham Xəlilovun Natiq Hümbətova borc müqaviləsi olmayıb.

Daha sonra prosesdə Çovdarovun kürəkəni Rövşən Qasımov dindirilib. O bildirib ki, İlham Xəlilovu Çovdarovun dostu kimi tanıyıb: "Mənə torpaq lazım idi. İlhama müraciət elədim. Bu məsələdən Akif Çovdarovun heç xəbəri yoxuydu. 6 sot torpaq göstərdi. Xoşuma gəlmədi. Atamgilə ev tikəcəkdim. Torpaqda yaşıllığın olduğunu gördük. Orada tikinti aparmaq mümkün deyildi. Həm də sənədlərində problem vardı. İlham sənədi verdi mənə, qaldı elə evdə. Çovdarov tutulandan sonra mənə zəng elədi ki, Biləcəri bələdiyyəsində də yoxlamalar başlayıb. Mən də sənədləri geri qaytardım. Əgr torpaq mənim adıma olsa idi, qaytarmazdım.

Çovdarovun vəkilləri bildirib ki, Rövşən Qasımovun adına çıxarış olmayıb.

Prosesdə qısa çıxış edən Akif Çovdarov isə prokurora narazılıq edib. O bildirib ki, İlham Xəlilov kimi yalan danışanları zərərçəkmiş şəxs siyahısına salıblar: "Belə şərəfsizləri generalların üzünə durquzmaq olmaz"

Proses nahar fasiləsindən sonra davam edəcək.

Qeyd edək ki, Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.