BolgeXeber.Com » Siyasət » “YAP prezidentliyə namizədini gələn il elan edəcək”

“YAP prezidentliyə namizədini gələn il elan edəcək”

17-09-2012, 15:30
Oxunub: 3 615 Eldar İbrahimov: “Seçkilərə bir il qalsa da, biz mübarizəyə indidən hazırıq”

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2013-cü il prezident seçkilərində iştirak edəcək namizədini rəsmi şəkildə partiyanın qurultayında elan edəcək. Bu barədə YAP-ın Siyasi Şurasının üzvü, deputat Eldar İbrahimov məlumat verib. Millət vəkili bildirib ki, YAP öz namizədinin kimliyini rəsmi olaraq partiyanın gələn il nəzərdə tutulan qurultayında bəyan edəcək.“Təbii ki, Yeni Azərbaycan Partiyasının vahid namizədi ölkə başçısı cənab İlham Əliyevdir. Biz bunu dəfələrlə bəyan etmişik. Sadəcə olaraq partiya öz namizədini qurultay zamanı rəsmi olaraq açıqlayacaq. Partiyamızda prezident seçkiləri ilə əlaqədar hazırlıq işləri gedir. Bizim hamımız Yeni Azərbaycan Partiyasının üzvü kimi 2013-cü il prezident seçkilərinə hazırıq. Bizim prezidentimiz və namizədimiz yalnız İlham Əliyevdir. Biz onu hər zaman olduğu kimi dəstəkləyəcəyik. Gələn il biz qurultayımızı seçki öncəsi keçirəcəyik. Qeyd edim ki, seçkiyə bir ildən çox vaxt qalsa da, biz buna tam hazırıq”.
Artıq bir neçə siyasi partiya öz namizədini rəsmi şəkildə elan edib. Belə ki, Müsavat başqanı İsa Qəmbər bir müddət əvvəl 2013-cü ildə prezident seçkilrəinə namizəd olaraq qatılacağını rəsmən bəyan edib. Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa da prezidentlik uğrunda mübarizəyə qoşulacağını açıqlayıb. Müxalifətin digər təmsilçiləri AXCP sədri Əli Kərimli və Liberal Partiyasının lideri Lalə Şövkətin də namizəd ola biləcəyi ehtimalı var.