BolgeXeber.Com » İdman » Afrika Kuboku: Konqo Demokratik Respublikası Mərakeşi məğlub edib - VİDEO

Afrika Kuboku: Konqo Demokratik Respublikası Mərakeşi məğlub edib - VİDEO

17-01-2017, 10:00
Oxunub: 3 918 Afrika Kuboku: Konqo Demokratik Respublikası Mərakeşi məğlub edib - VİDEOKonqo Demokratik Respublikası yığması Qabonda keçirilən Afrika Millətlər Kuboku – 2017-nin qrup mərhələsi çərçivəsində Mərakeş üzərində qələbə qazanıb

"Report" xəbər verir ki, "C" qrupunda birinci turun oyunu 1:0 hesabı ilə Konqo DR-nin xeyrinə başa çatıb.
Qalib komandanın heyətində yeganə qolu görüşün 55-ci dəqiqəsində Erve Kaj vurub. 81-ci dəqiqədə Konqo DR azlıqda qalıb: Joze Mutambala meydandan qovulub.
Yanvarın 20-də keçiriləcək növbəti turda Konqo DR Kot-d'İvuar, Mərakeş isə Toqo ilə qarşılaşacaq.
Afrika Millətlər Kuboku – 2017-nin qalibi Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunda iştirak edəcək.