BolgeXeber.Com » Gündəm » Hərbiçilərin maşını aşdı, ölən və yaralanan var

Hərbiçilərin maşını aşdı, ölən və yaralanan var

28-12-2010, 12:25
Oxunub: 6 391
Yevlax rayonunda hərbçilər yol qəzasına düşüb.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, dekabrın 27-də Əvəz Rzayev idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Qəza zamanı ağır bədən xəsarətləri alan Ə.Rzayev və onun sərnişini Ruslan Ağayev xəstəxanaya yerləşdirilib. Ə.Rzayevin xəsarətləri ağır olduğundan xəstəxanada keçinib.
Qəzaya yüksək sürətin səbəb olduğu bildirilir. Qəzaya düşən şəxslər hərbçidirlər.
Faktla bağlı araşdırma aparılır.