BolgeXeber.Com » Gündəm » Yeni Ramanada yol kənarında zibilllik əmələ gəlib-VİDEO

Yeni Ramanada yol kənarında zibilllik əmələ gəlib-VİDEO

17-01-2017, 16:55
Oxunub: 3 062 Yeni Ramanada yol kənarında zibilllik əmələ gəlib-VİDEOYeni Ramanada, Şuşa qəsəbəsi adlanan ərazidə gediş-gəliş üçün nəzərdə tutulan yolun qırağı böyük bir zibilliyi xatırladır

Əməkdaşımızın çəkilişi zamanı bütün bunlar açıq-aşkar görünür. Artıq sakinlər də bu vəziyyətlə barışıblar və öz zibillərini məhz bura atırlar.Sakinlərdən bir neçəsi ilə telefon əlaqəsi saxladıq və onlar bildirdilər ki, biz gözümüzü açandan bura zibillikdən fərqlənmir. Onların sözlərinə görə, əvvəl bir neçə zibil yeşikləri qoyulmuşdu, sonra onları da götürdülər. Qonşuların bəziləri məcburiyyətdən zibili öz qapısının qabağında yandırır. Görünən odur ki, uzun müddətdir zibilyığan maşınlar bu əraziyə cəlb olunmur.
Bolgexeber.com