“Toy gecəsinə qədər aramızda intim münasibət olmayıb”
19-01-2017, 11:53
Oxunub: 3 539
Müğənni Siara və Amerika futbolunun ulduzu Rassel Uilson hər kəsi heyrətləndirəcək etiraf ediblər
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlük toy gecəsinə qədər intim münasibətdə olmayıb. Bu barədə danışan Siara bildirib:
“Təklif ərimdən gəldi və işə yaradı. Biz qadınlar ağılla deyil, ürəklə hərəkət edirik. Bir balaca yaraşıqlı kişi görən kimi özümüzü ona təslim etmək istəyirik. Düşünürük ki, bununla onun xoşuna gələcəyik. Amma kişilər tam əksinə fikirləşirlər”.
Müğənni onu da qeyd edib ki, nikaha girənə qədər Uilsonla intim münasibətdə olmamaq, onların bir-birilərini daha yaxşı tanımasına kömək olub:
“Mən əminəm ki, dostluq – romantik münasibətlərin bazasıdır. Sən öz dostunu yaxşı tanısan, hansı zövqə malik olduğunu bilsən, həyata baxış bucağından agah olsan, o zaman sənin gələcək münasibətində onunla problemin olmaz”.
Qeyd edək ki, cütlük 2015-ci ilin yazından görüşürlər. 2016-ci ilin yazında nişanlanan Siara və Rassel, həmin ilin yayında nikah masasına əyləşiblər. Bir neçə aydan sonra Siaranın hamilə olduğu bildirilib. Bu uşaq futbolçu üçün ilk, ifaçı üçün ikinci olacaq. Çünki onun ilk nikahından bir oğlu var.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə