BolgeXeber.Com » BÖLGƏ TV » Evlilik verilişindəki Naz azərbaycanlı jurnalistləri təhqir etdi – VİDEO

Evlilik verilişindəki Naz azərbaycanlı jurnalistləri təhqir etdi – VİDEO

19-01-2017, 11:55
Oxunub: 7 940 Evlilik verilişindəki Naz azərbaycanlı jurnalistləri təhqir etdi – VİDEO“Star” TV-də yayımlanan evlilik proqramına qatılan azərbaycanlı gəlin namizədi Naz Mila onun haqqında xəbər yazan Azərbaycan saytlarını təhqir edib

Bolgexeber.com BAKU.WS-ə istinadla xəbər verir ki, Naz onun keçmiş nişanlısı Baha Selenbaş tərəfindən döyülməsi haqqında xəbər yazan Azərbaycan saytlarını yalan xəbər yazmaqda ittiham edib. O döyülmədiyini, Bahanın isə öz istəyi ilə verilişi tərk etdiyini bildirib.

Evlilik verilişindəki Naz azərbaycanlı jurnalistləri təhqir etdi – VİDEO

Qeyd edək ki, Türkiyənin “Kanal D” telekanalında yayımlanan “Zuhal Topalla izdivac” proqramında efirdən sonra dava düşdüyü haqqında xəbər yayılıb. Bildirilib ki, Nazın eks-nişanlısı Baha onun azərbaycanlı model Əli ilə münasibətlərini qısqanaraq gənc qıza hücum edib. Naz yalnız təhlükəsizlik xidməti əməkdaşlarının yardımı ilə canını keçmiş nişanlısından qurtarsa da, davaya digər bəy namizədlərin də müdaxiləsi insidenti daha da böyüdüb.