BolgeXeber.Com » BÖLGƏ TV » Məşhur “Lambada”nın ifaçısı diri-diri yandı – VİDEO

Məşhur “Lambada”nın ifaçısı diri-diri yandı – VİDEO

20-01-2017, 10:01
Oxunub: 3 607 Məşhur “Lambada”nın ifaçısı diri-diri yandı – VİDEOBraziliyada məşhur “Lambada” mahnısının ifaçısı Loalva Braz ölü tapılıb

Bolgexeber.com Trend-ə istinadən verdiyi xəbərə görə, Rio-de-Janeyro ştatında yanğınsöndürənlər avtomobilin yanması ilə bağlı məlumat alıblar. Hadisə yerinə gələn yanğınsöndürənlər yanmış maşından 64 yaşlı müğənninin meyitini aşkar ediblər.

Avtomobilin hansı səbəbdən yandığı məlum deyil.

“Kaoma” fransız qrupunun solisti olan Brazın ifa etdiyi “Lambada” 80-ci illərin hitinə çevrilib.