BolgeXeber.Com » Siyasət » Ermənistanın Parisdəki səfirliyi önündə aksiya

Ermənistanın Parisdəki səfirliyi önündə aksiya

18-09-2012, 11:45
Oxunub: 3 941 Türk və Azərbaycan diasporu ermənilərə cavab verdi

Azərbaycan və Türkiyə diaspora qurumları Ermənistanın Parisdəki səfirliyinin qarşısında etiraz aksiyası keçirib.Məlumata görə, Fransa Türk Federasiyası tərəfindən təşkil edilən aksiya Almaniya və Hollandiyadakı Azərbaycan təşkilatları tərəfindən dəstəklənib. Tədbir yerli vaxtla səhər saat 8-də başlayıb.
Qeyd edək ki, Fransadakı erməni icması Azərbaycan prezidenti İlham Əliyevin bu ölkəyə səfərinə etiraz əlaməti olaraq bu axşam Azərbaycanın Parisdəki səfirliyi qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır. Azərbaycan və Türkiyə təşkilatlarının aksiyası da buna cavabdır.