Kəmaləddin Heydərova əlavə səlahiyyətlər verilir
18-09-2012, 14:15
Oxunub: 4 887
FHN arxiv fondlarının mühafizəsini özü həyata keçirəcək
Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Milli arxiv fondu” haqqında qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişiklik barədə məlumat verən komitə sədri Nizami Cəfərov bildirib ki, sənıd Azərbaycan prezidentinin imzası ilə daxil olub.
Dəyişikliyə əsasən fövqəladə hallar orqanlarına əlavə səlahiyyətlər verilir. Qanunun 8 maddəsində əlavə olaraq göstərilir ki, milli təhlükəsizlik, sərhəd xidməti, mirqasiya xidməti, pentensiar xidmət, xarici işlər, daxili işlər orqanları və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanları ilə yanaşı fövqəladə hallar orqanlarında da arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçiriləcək. Müzakirələr zamanı deputat Rəfael Hüseynov bildirib ki, bu qanuna gələcəkdə də əlavə dəyişiklər edilməsi vacibdir: “Yəni həmin arxivlərdə elmi-tədqiqat işlərinin aparılması üçün qanunda dəyişikliklər edilməlidir”.
Müzakirələrdən sonra dəyişikliklər parlamentin plenar iclasına tövsiyyə olunub.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə