Bakıda 10 min manata kirayə ev var - Qiymətlər artıb
20-01-2017, 18:15
Oxunub: 2 953
Yeni ilin ilk ayında Bakıda mənzillərin kirayə qiymətləri artıb
Bolgexeber.com verir ki, 2016-cı ilin dekabr ayına nisbətən ucuz mənzillər (200-500 manat) 3,9% bahalaşıb.
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalara əsasən, paytaxt ərazisində yanvar ayında orta qiymətə olan mənzillərin (500-1000 manat) kirayə haqqı 1,4%, bahalı mənzillər (1000-3000 manat) 4,9% artıb. Eksklüziv mənzillərin (3000-10000 manat) isə kirayə haqqı 5,2% ucuzlaşıb.
Bazarda ən çox paya malik olan ucuz və orta qiymətli kirayə mənzillərdir. Beləliklə, ucuz mənzillər bazarın 43,7%-ni, orta qiymətə olan mənzillər 43%-ni təşkil edib.
Bahalı mənzillərin payı isə 13,3%-dir. Ən az paya eksklüziv mənzillər sahib olublar - 0,1%. Qeyd edək ki, Bakı şəhəri üzrə ən ucuz birotaqlı, əşyasız kirayə mənzil Köhnə Günəşli qəsəbəsində yerləşir və aylıq kirayə haqqı 180 manat təşkil edir.
Paytaxtda ən bahalı kirayə mənzil Səbail rayonunda yerləşir və aylıq 10000 manat təşkil edir. Beləliklə, şəhərə və dənizə panoraması olan “Flame of Towers” yaxınlığında yerləşən 5 otaqlı eksklüziv təmirli və tam əşyalı mənzil bazara təklif olunub. Mənzilin ümumi sahəsi – 530 kv.m.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə