BolgeXeber.Com » Siyasət » Tramp 12 dəqiqə danışdı, dünyaya yeni mesajlar verdi –ABŞ-ın yeni prezidenti rəsmən işə başladı

Tramp 12 dəqiqə danışdı, dünyaya yeni mesajlar verdi –ABŞ-ın yeni prezidenti rəsmən işə başladı

21-01-2017, 09:26
Oxunub: 2 481 Tramp 12 dəqiqə danışdı, dünyaya yeni mesajlar verdi –ABŞ-ın yeni prezidenti rəsmən işə başladıABŞ-ın yeni seçilmiş prezidenti Donald Trumpın bu dəqiqələrdə andiçmə mərasimi keçirilir

Strateq.az xəbər verir ki, yeni prezident inaqurasiya mərasiminə Meksika milli geyiminə bənzər formada çıxıb.

Mərasimə dünyanın müxtəlif ölkələrinin liderləri və ictimai xadimlər dəvət olunublar.

Trampın çıxışı və and içməsindən sonra da mərasim ətrafında həm havadan, həm də qurudan qorunma bütün gücüylə davam edib….

Yeni prezident Tramp isə mərasimdə təxminən 12 dəqiqəlik çıxış edərək, Obama administrasiyanın fəaliyyətini tənqid edib:

“ABŞ digər ölkələrə öz həyat tərzini qəbul etdirməyəcək, onlara nümunə olmaq istəyəcək. ABŞ başqa ölkələri müdafiə edərək, öz sərhədlərini qoruya bilməyib. Cinayətkarlıq, quldurluq və narkotiklər amerikalıların həyatlarına təhlükədir, mən bu qırğına son qoyacam”.

Tramp həmçinin dünyada radikal terrorçuluğa son qoyacağına söz verib. Bununla belə o, hazırda ABŞ ordusunun acınacaqlı vəziyyətdə olduğunu vurğulayıb.

Sonra ənənəvi andı içərək, ABŞ-ın 45-ci prezidenti kimi işə başlayıb.