Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
21-01-2017, 09:41
Oxunub: 2 842
Buğa - bu gün mühüm söhbət və ya informasiyanın başqa yolla əldə edilməsi istisna deyil
Qoç - həftə başlanandan bəri yeniliklər və sürprizlərin ardı-arası kəsilmir. Münasibətlərdə kəskinliyə yol verməmək və işlərdə anlaşılmazlıqların qarşısını almaq üçün səmimi olun.
Buğa - bu gün mühüm söhbət və ya informasiyanın başqa yolla əldə edilməsi istisna deyil. Kurs dəyişikliyi, hansısa münasibətə yeni baxış da mümkündür.
Əkizlər - bu gün yaxın ətrafınızdakı insanlarla səmimi olmağa, deyib-gülməyə çalışsanız da, sizi anlamayacaqlar. Hər yerdə, bütün işlərdə birinci olmağa çalışmayın.
Xərçəng - zəngin yaradıcı düşüncəni praktikliklə əvəzləyin. Yanınızda etibarlı tərəfdaş, dost və ya şərik olsun. Təmaslarda sakitlik və xoş mərama riayət edin.
Şir - sizə dönənlərə diqqətli olun. Köhnə əlaqələr və hisslər taleyinizdə yeni mərhələyə səbəb ola bilər. Ümumiyyətlə, hisslərdə indi anlaşılmaz məqamlar yaranır. Dediklərinizin anlaşılmasına can atın. Başqalarını anlamaq da vacibdir.
Qız - mühüm məsələlərin həlli ilə məşğul olun, danışıqlar aparın. Konkret nəticəyə nail olmağa can atın, verilən vədin unudulmamasını tələb edin.
Tərəzi - prioritetlərin dəyişməsi, açıq danışıq və hisslərdəki gərginlik vaxtıdır. Bütün bunlar situasiyanı ya yaxşı, ya da pis yönə dəyişə bilər. Fəqət, bəhs olunanlar qeyri-müəyyənliyi aradan qaldıracaq və gələcəkdə bel bağlaya biləcəyiniz ünsürü ortaya çıxaracaq.
Əqrəb - yanınızdakı insanlardan birinin sizin diqqətinizə və yardımınıza ehtiyacı var. Son günlərin gərginliyi bu gün yeni ideya və pozitiv informasiya nəticəsində azalacaq.
Oxatan - səmimiliklə müqayisədə sükut indi daha üstündür. İllah da ki, bütün umu-küsü və ya münasibətlərin dayandırılması forması pis sayıla bilməz.
Oğlaq - zahirən hər şey əladır. Amma sizin üçün önəmli olan münasibətlərdə pərişan ola bilərsiniz. Hələlik heç nəyi aydınlaşdırmağa, dəyişməyə və ya tələsdirməyə çalışmayın.
Dolça - hadisələr ərəfəsində gələn siqnallara qulaq asın. Görüş və səfəri planlaşdırın, informasiya axtarışı ilə məşğul olun.
Balıqlar - sizin üçün mühüm məsələ qəflətən həllini tapacaq, bir problem başqasının hesabına çözüləcək. Baş verənləri diqqətlə izləyin, önəmli münasibətlərdə tarazlığı qoruyun.
Milli.Az
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər