BolgeXeber.Com » Dünya » Məşhur "Lambada" mahnısının ifaçısı NİYƏ ÖLDÜRÜLDÜ? - TƏFƏRRÜAT

Məşhur "Lambada" mahnısının ifaçısı NİYƏ ÖLDÜRÜLDÜ? - TƏFƏRRÜAT

21-01-2017, 12:21
Oxunub: 3 448 Məşhur "Lambada" mahnısının ifaçısı NİYƏ ÖLDÜRÜLDÜ? - TƏFƏRRÜATMəşhur "Lambada" mahnısının ifaçısının öldürüldüyü məlum olub

Braziliyalı musiqiçi, 63 yaşlı Loalva Brazın yanmış maşınında ölü tapılması ilə əlaqədar polis 3 nəfəri saxlayıb.
Tutulanlardan birinin tanınmış musiqiçinin hotelində çalışan şəxs olduğu açıqlanıb. Həmin şəxs cinayəti törətdiyini etiraf edərək L.Brazı pullarını ələ keçirmək məqsədilə öldürdüklərini bildirib. Digər iki nəfər də musiqiçini qarət məqsədilə öldürdüklərini etiraf edib.
"Lambada" mahnısı ilə 30 milyona yaxın albom satan "Kaoma" qrupunun solisti L.Braz 1985-ci ildə uzun illər yaşadığı Fransadan Braziliyaya köçüb.