BolgeXeber.Com » Xəbərlər » Prezident minimum əmək haqqını artırdı- SƏRƏNCAM

Prezident minimum əmək haqqını artırdı- SƏRƏNCAM

21-01-2017, 15:47
Oxunub: 2 891 Prezident minimum əmək haqqını artırdı- SƏRƏNCAMAzərbaycan prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncamı imzalayıb

Bolgexeber.com-un məlumatına görə,sərəncama əsasən əhalinin maddi rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilir.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Prezidentinin 2013-cü il 31 avqust tarixli 3112 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 992) 1-ci hissəsi ləğv edilir.